Səfər ayının 28-i (bu il üçün yanvar ayının 22-si) sevimli Peyğəmbərimiz, həzrəti Məhəmmədin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti günüdür
/Aran agentliyi
Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri “Deyerler.org” vasitəsilə dünya müsəlmanlarına başsağlığı verib:“Bismilləhir-rahmənir-rahim. Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti münasibətilə başda İmam Zaman (ə.f) olmaqla, dünya müsəlmanlarına başsağlığı verirəm. Peyğəmbər (s) Allah tərəfindən bəşəriyyətə verilən çox böyük nemətdir. Çox şükürlər olsun Allaha ki, bizə də bu nemətdən bəhrələnməyi nəsib edib. Dünya hazırda ədalətin intizarında, ədalət də İmam Zamanın (ə.f) intizarındadır. Azərbaycanın qədir bilən müsəlman xalqı Peyğəmbərin (ə) və onun Əhli-beytinin (ə) gücü çatdığı qədər yolunu davam etdirir. Bu gün dünyanın müxtəlif yerlərində Peyğəmbər (s) ümmətinə təzyiqlər edilir, zülmlər edilir. İnşallah Peyğəmbərin (s) və onun on ikinci övladının duaları ilə bütün bəşəriyyət, o cümlədən müsəlmanlar nicata çatarlar. Mən Peyğəmbər (s) haqqında danışmaq üçün çox kiçik adamam. Yalnız Allaha həmd edə bilərəm ki, Peyğəmbərin (s) ümmətindənəm”.
Deyerler.org