Tarix : 2012 Jan 21
Kod 28103

2011-də ən çox sevilən adlar

DSK-nın açıqladığı son məlumata əsasən, 2011-də doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray
/Aran agentliyi

...

DSK-nın açıqladığı son məlumata əsasən, 2011-də doğulan oğlanlara ən çox Yusif, Əli, Hüseyn, Məhəmməd, Murad və Nihad, qızlara isə Zəhra, Nuray, Fatimə, Fidan, Zeynəb və Ayan adları verilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2011-ci ildə ən çox qoyulan oğlan adı Yusif, qız adı isə Nuray olub. İl ərzində 1418 yeni doğulan oğlana Yusif, 1201 qıza Nuray adı verilib. Oğlan adlarından Əli (896), Hüseyn (868), Məhəmməd (610), qız adlarından Zəhra (1059), Fatimə (869) və Ayan (544) adları da üstünlük təşkil edib.

Ötən il doğulan oğlan uşaqları arasında ən populyar ad olan Yusif adı 2008-ci ildə 834, 2009-cu ildə 1417, 2010-cu ildə 2681 körpəyə qoyulub. Deməli, hazırda 3 yaşadək 6350 oğlan uşağı Yusif adını daşıyır. Qız adlarından populyar olan Nuray adı isə son 5 ildə 7890 qız uşağına verilib.

Statistik rəqəmlərdən belə nəticə çıxarmaq olar ki, yola saldığımız bir neçə il ərzində yeni doğulan qızlara qoyulan adlar arasında Fatimə, Zəhra, Nuray adları üstünlük təşkil edib. Oğlan uşaqlarına isə daha çox Əli, Məhəmməd, Hüseyn, Yusif adları qoyulub. İllər üzrə fərq yalnız bu adların siyahıdakı yerinin bir və ya iki pillə dəyişməsi ilə bağlı olub.

Bunu biabırçı vəziyyət sayan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Trend-ə müsahibəsində bildirib ki, Əli, Məhəmməd, Həsən kimi adlar kütləvi olmasa da, əvvəllər də qoyulub. Amma sadəcə həmin vaxtlar əhalinin sayı az olduğu üçün bu adlar qoyulanda müəyyən qədər orijinal olurdu.

Bu adların hazırda çox geniş yayıldığını deyən Nizami Cəfərov artıq eyni adların çox sayda uşaqlara qoyulmasının qarşısının alınması üçün dövlətin müdaxiləsini də lazımlı sayıb.

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Jan 21