Səfər ayının 28-i (bu il üçün yanvar ayının 22-si) sevimli Peyğəmbərimiz həzrəti Məhəmmədin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti günüdür
/Aran agentliyi
Səfər ayının 28-i (bu il üçün yanvar ayının 22-si) sevimli Peyğəmbərimiz həzrəti Məhəmmədin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti günüdür.
Binə ilahiyyatçılardan Hacı İlham Əliyev Deyerler.Org vasitəsilə dünya müsəlmanlarına başsağlığı verib: “Bismilləhir-rahmənir-rahim. Həzrəti Məhəmmədin (s) vəfatı və İmam Həsənin (ə) şəhadəti münasibətilə bütün müsəlman aləminə, o cümlədən Azərbaycan xalqına başsağlığı verirəm. Allah bizləri Peyğəmbərin (s) və İmam Həsənin (ə) həqiqi ardıcıllarından qərar versin. Allah bizləri Peyğəmbərin (s) və İmam Həsənin (ə) inayətini cəlb edənlərdən qərar versin”.