Tarix : 2012 Jan 22
Kod 28110

Bakının Füzulu meydanında baş verən faciədən iki il ötdü

İki il bundan qabaq həzrət Peyğəmbər (s) və imam Həsənin (ə) vəfatı günü Bakı təhlükəsizlik qüvvələri bu şəhərin Füzuli meydanında əzadarlıqla ...
/Aran agentliyi

İki il bundan qabaq həzrət Peyğəmbər (s) və imam Həsənin (ə) vəfatı günü Bakı təhlükəsizlik qüvvələri bu şəhərin Füzuli meydanında əzadarlıqla məşğul olanlardan bir neçəsini döyərək, həbs etdilər.

Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölməsi

Aran xəbər agentliyinin məlumatına əsasən, həzrət Peyğəmbər (s) və imam Həsənin (ə) vəfatı günü həm də Bakı dövləti təhlükəsizlik qüvvələrinin Füzuli meydanında törətdikləri cinayətlərinin xatırlanması günüdür.

13 fevral 2010-cu il İslam peyğəmbəri (s) və imam Həsənin (ə) vəfatı günü Bakı əhalisi İlham Əliyev dövlətinin şiələrə qarşı yeni cinayətinin şahidi oldu. İlham Əliyevin polis məmurları Füzuli meydanında buraya toplaşmış, heç bir siyasi şüar verməyən və yalnız həzrət Peyğəmbər (s) və imam Həsənə (ə) əzadarlıq etməklə məşğul olan əzadarlara hücum edərək sionist rejimin hədiyyə etdiyi avadanlıqla onları döyərək, qanlarına qəltan etdi.

6 aydan sonra Bakı məhkəməsi həbs olunanlardan beşinə hökm oxudu, onlardan ikisi 4 il və üç nəfəri 4 il 6 ay həbs cazasına məhkum edildi. Onlar hazırda Peyğəmbərə (ə) qarşı olan öz məhəbbətlərini aşkar etməyin və ona əzadarlıq etməyin cəzasını çəkməkdədirlər.

  • Yazılıb
  • da (də) 2012 Jan 22