Azərbaycan mediasının bir qrupu bu ölkənin Milli Təhlükəsizlik Nazirliyinə istinad edərək heç bir sənəd göstərmədən İrana nisbət ...
/Aran agentliyi
Azərbaycan mediasının bir qrupu bu ölkənin Milli Təhlükəsizlik Nazirliyinə istinad edərək heç bir sənəd göstərmədən İrana nisbət verilən bir terrorçu qrupun ifşa olunduğu iddia edilən xəbər yaydı
Azərbaycan mediasının bir qrupu bu ölkənin Milli Təhlükəsizlik Nazirliyinə istinad edərək heç bir sənəd göstərmədən İrana nisbət verilən bir terrorçu qrupun ifşa olunduğu iddia edilən xəbər yaydı.
"Arannews"in məlumatına əsasən, Azərbaycan Respublikası MTN-nin ictimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumatda MTN-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparan İran kəşfiyyat orqanları tərəfindən dəstəklənən bir terrorçu qrupun iki üzvünün ifşa və həbs edildiyi iddia olunur.
Azərbaycan mediası bu xəbəri verməklə yanaşı terrorçu kimi həbs olunmuş şəxslərin etiraflarının Az Tv dövlət kanalından yayımlanacağını da bildirdilər.
Bu etiraflarda qrup üzvlərinin İran Kəşfiyyat və Təhlükəsizlik (Ettelaat) Nazirliyinin sifarişi ilə AR-da sui-qəsd ediləcək xarici vətəndaşların fotoşəkillərini, habelə onların Bakı şəhərində işlədikləri və yaşadıqları ərazinin plan-sxemi barədə məlumat toplanıldığı iddia edilir.
Azərbaycan Respublikası MTN-nin məlumatında həbs olunan şəxslərin həmçinin İranda terror təlmləri gördüklərini və öz planlarını həyata keçirmək niyyətində olduqları vaxt MTN tərəfindən tanınaraq, həbs olunuduqlarının etiraf olunması da bildirilir.
Həbs edilən şəxslər Əliyev Rasim Fərail oğlu, Hüseynov Əli Əlihəmzə oğludur. Onlar Balaqardaş Dadaşov Əlisəfa oğlunun vasitəsilə İranın xüsusi xidmət orqanlarının verdiyi 150 min dollar müqabilində siyasi şəxsləri, əsasən də sionistlərlə bağlı şəxsləri terror etmək məqsədilə çoxlu miqdarda silah-sursat Astara və Biləsuvar sərhəddindən keçirib ölkəyə gətiriblər.
Amma bütün bu silah və döyüş sursatları MTN tərəfindən kəşf edilərək götürülmüşdür.
Azərbaycan Respublikası son illərdə anti-İran zəminində ən çox fəaliyyət göstərən ölkə olmuşdur və ABŞ-ın İran əleyhinə sanksiyalarının həyata keçməsində hətta sanksiya qoyan ölkələri də ötüb keçibdir.
Bu ölkə öz dərslik kitablarında İranı işğalçı ölkə kimi tanıtmışdır. Halbuki, bu ifadə yalnız sionist rejim barədə istifadə edilir.
Diolomatik apratların Bakı dövlətinin təhqiredici hərəkətləri qarşısındakı sükutu münasib deyil və yaxşı olar ki, ölkəmizin diplomatik aparatı İranın şəninə uyğun reaksiya versin.