/Aran agentliyi
Dünən Böyük Britaniyanın BBC teleradio kompaniyasının veb-səhifəsində Azərbaycan hakimiyyəti ilə bağlı maraqlı xəbər dərc olunub. Xəbərdə bildirilir ki, Şimali Lankşir şəhərindən olan bir inşaat şirkəti Azərbaycan Respublikasının prezidenti Ilham Əliyev üçün 1 milyon funt-sterlinq dəyərində metal konstruksiyadan ibarət “Alov fəvvarə” hazırlayıb.
Məqalədə deyilir: “TP Aspinol və Heyşem Oğulları “Alov fəvvarə” qülləsini Ilham Əliyevin ötən aya təsadüf edən doğum günü ərəfəsində bitiriblər. Hündürlüyü 30 metr olan və 1 milyon funt-sterlinqə (1 547 300 ABŞ dolları) başa gələn fəvvarənin metal konstruksiyaları təxminən 4800 km-lik məsafədən Bakı şəhərinə 10 yük maşınında daşınıb. Şirkətin direktoru Simon Aspinol deyir ki, bu 10 günlük səfər “nəhəng səfər” olub. “Vaxt çox az idi, konstruksiyaların son parçaları isə yük maşınlarına yerləşmədi, o zaman biz bu hissələri 21 əlavə çemodanda təyyarə ilə daşımaq məcburiyyətində qaldıq”, - deyə o bildirib.