Tarix : 2012 Jan 22
Kod 28113

Azərbaycan Respublikasında şiələr üçün çətin vəziyyət davam edir

Azərbaycan Respublikası İslam Partiyası sədrinin həyat yoldaşı evinin ciddi şəkildə nəzarət altında olduğunu bildirərək, deyib ki , Azərbaycan Respublikası hökuməti praktiki olaraq...
/Aran agentliyi

Azərbaycan Respublikası İslam Partiyası sədrinin həyat yoldaşı evinin ciddi şəkildə nəzarət altında olduğunu bildirərək, deyib ki , Azərbaycan Respublikası hökuməti praktiki olaraq, bu ölkədə şiələr üçün çətin vəziyyət yaradıbdır.

Azərbaycan Respublikası əhalisinin əsasən müsəlman və şiə olduğunu bildirən Azərbaycan Respublikası İslam Partiyasının həbsdə olan sədri Hacı Möhsün Səmədovun həyat yoldaşı Mehparə Səmədova deyib:" Azərbaycan Respublikası xalqı müqəddəs İslam dini və bu dinin ayinlərini çox sevirlər, amma hökumət elə bir vəziyyət yaradır ki, bu ölkə xalqını İslami vacibləri həyata keçirə bilmir".

Mehparə Səmədova sonra deyib:" 2011-ci ilin fevral ayında , 28 səfər Əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)in kədərləndirici vəfatının ildönümü günündə bir qrup dindar gənc şəhidlər xiyabanını ziyarətə getdi, amma polis onların ümumi asayişi pozduqlarını bəhanə edərək, onlardan 5 nəfərini həbs etdi, sonra isə formal bir məhkəmə təşkil edərək, onlara qarşı 21 il həbs cəzası çıxartdı".

Mehparə Səmədova sonra dedi:" Azərbaycan Respublikası hökuməti və icra orqanları bundan əlavə bir neçə məscidi, o cümlədən Həzrət Muhəmməd(s.ə.s) məscidi və Neftdaşları məscidini dağıdıblar. Sonra isə hicablı qızların məktəbə daxil olmalarının qarşısını aldılar".

Azərbaycan Respublikası İslam Partiyasının həbsdə olan sədrinin həyat yoldaşının sözlərinə görə bu qədər problemlərin yaradılması Hacı Möhsün Səmədovun narahat olmasına səbəb oldu, buna görə də o bu haqda çıxış etdi və öz fikirlərini bildirdi.

Mehparə Səmədova sonra deyib:" Bu çıxışın 2011-ci il 2 fevralda olmasına rəğmən, hacını fevralın yeddisinə qədər təqibə məruz qoydular və Hacı Möhsünü həmən gün evə geri döndüyü zaman həbs etilər".

Mehparə Səmədova həmçinin bildirib ki, bəzi telekanallar İslam Partiyasının həbs edilən fəallarını terrorçu və çevrilişçi kimi qələmə verməyə çalışırlar, amma xalq bu töhmətlərə inanmır.

Azərbaycan Respublikası İslam Partiyasının həbsdə olan sədrinin həyat yoldaşı bəzi dövlət rəsmilərinin şiələrlə rəftarlarına işarə edərək, deyib:" Bizim dövlət adamlarımızın sözdə şiə ilə problemləri yoxdur, amma əməldə şiələrlə müxalifdirlər".

  • Yazılıb
  • da (də) 2012 Jan 22