Tarix : 2012 Jan 22
Kod 28114

28 Səfər (13 Fevral) 2010 tarixində Bakıda nə baş verdi?

Dindarlar 2010 cu il 28 Səfər 13 fevralda İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsənin(ə.s) şəhadətinin ildönümü günündə Sultanəli məscidindən ...
/Aran agentliyi

Dindarlar 2010 cu il 28 Səfər 13 fevralda İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsənin(ə.s) şəhadətinin ildönümü günündə Sultanəli məscidindən Şəhidlər Xiyabanına doğru hərəkət etdikləri zaman polis əməkdaşlarının hücumuna məruz qaldılar. Nəticədə bir qrup dindar ağır şəkildə döyülüb və həbs edilib. Polis həmçinin təqribən 100 nəfəri həbs edib ki, onların 5-i hələ də azadlığa buraxılmayıb.

İslam Peyğəmbərinin(s.ə.s) vəfatı və İmam Həsənin(ə.s) şəhadətinin ildönümü günündə, Xocalı soyqırımı ərəfəsində islam və milli dəyərlərə hörmət əlaməti olaraq, simvolik xarakter daşıyan bir hərəkətdə Şəhidlər Xiyabanına doğru hərəkət etdikləri üçün həbs olunan 5 dindar altı aydan sonra Bakının Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış ədalətsiz qərar əsasında ümumilikdə 21 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi saxlanılan dindarlar Elçin Abbasov və Seymur Hüseynovun hər biri haqda 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədovun hər biri haqda 4 il 6 ay həbs qərarı çıxarıb.

Azərbaycan Respublikasında bir çox ictimai və islamçı partiya və qurumlar habelə, tanınmış simalar və şəxsiyyətlər, insan haqları müdafiəçiləri dəfələrlə polisin dindarlara qarşı kobudluğunu və məhləmənin qərarını qəbuledilməz adlandırıb və pisləyiblər.

Əzadarların yatırılmasının ardınca, İslam və Fəzilət partiyaları, Vəhdət İctimai Birliyi, Milli-Mənəvi Dəyərlər Birliyi, Ziyalılar Cəmiyyəti, Qarabağ Azadlıq Təşkilatı, Nardaran Ağsaqqallar Cəmiyyəti, onlarla fikir sahibi və hüquq müdafiəçisi polisin bu vəhşi hərəkətini qeyri-qanuni və insan haqlarının pozulması hesab ediblər.

Türkiyə, İran İslam Respublikası və Rusiyada da yüzlərlə nəfər Azərbaycan Respublikasının konsulluğu qarşısında piket keçirərək, Bakıda dindarların döyülməsinə və həbs olunmalarına etiraz ediblər.

13 fevralda həbs olunmuş əzadarların hüquqlarını müdafiə komitəsi 2010 fevral ayının 23-də təsis olunub.

İslam Partiyasının sədri Hacı Möhsün Səmədov, Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Fəzilət Partiyasının sədri Gündüz Hacıyev, Birlik Partiyasının sədri Xudi Xudiyev, İslam Partiyasının keçmiş sədri Hacıağa Nuri və Nəbz qəzetinin baş redaktoru Qurban Cəbrayıl bu komitənin üzvləridirlər.

Bu komitənin üzvləri fevralın 23-də keçirilən ilk iclaslarında İslam Peyğəmbəri(s.ə.s)-in vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümündə polis tərəfindən saxlanılmış bütün dindarların azadlığa buraxılmalarını istəyərək, bu kimi hərəkətlərin düşmənləri xüsusilə də erməni separatçılarını sevincinə səbəb olduğunu qeyd ediblər. Halbuki, düşmənlər Azərbaycan Respublikası xalqı arasında İslama olan marağın və vətənpərvərlik ruhiyyəsinin genişlənməsi və güclənməsindən narahatdırlar.

  • Yazılıb
  • da (də) 2012 Jan 22