Tarix : 2012 Jan 23
Kod 28117

Azərbaycan Respublikası sionistlərin qurduğu tələyə düşməsin

Ölkələrin əlaqələrini sərinləşdirmək üçün kəşfiyyat orqanlarının həyata keçirdikləri bu tanınmış metod artıq köhnəlmişdir
well/Aran agentliyi

 

Milli təhlükəsizlik komissiyasının sədriAzərbaycanda ölkəmiz əleyhinə yayılmış xəbərə işarə edərək dedi: Ölkələrin əlaqələrini sərinləşdirmək üçün kəşfiyyat orqanlarının həyata keçirdikləri bu tanınmış metod artıq köhnəlmişdir

Milli təhlükəsizlik komissiyasının sədriAzərbaycanda ölkəmiz əleyhinə yayılmış xəbərə işarə edərək dedi: Ölkələrin əlaqələrini sərinləşdirmək üçün kəşfiyyat orqanlarının həyata keçirdikləri bu tanınmış metod artıq köhnəlmişdir

İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədriƏlaəddin Bürucerdi"Fars" müxbirinə müsahibəsində ölkədə terror aktı həyata keçirmək istəyən şəxslərin Azərbaycan Respublikasında həbs edilməsi və İrana nisbət verilməsi xəbəri barədə dedi: "Bu tanınmış metodlar artıq köhnəlmişdir və bunu ölkələrin kəşfiyyat orqanları iki ölkə, İran və Azərbaycanın əlaqələrində mənfi sferma yaratmaq məqsədilə həyata keçirirlər".

O,  Azərbaycan Respublikasının əsas problemini İran İslam Respublikasının tanınmış düşməni olan sionist rejiminin çoxdandır ki, bu ölkədə fəal hüzuru olduğunu bildirərək dedi: "Mən inanıram ki, bu mövzu "Mossad"ın planlarındandır və İran-Azərbaycan əlaqələri zəminində azəri tərəf üçün qurulmuş tələdir".

Milli təhlükəsizlik komissiyasının sədrimüsahibəsinin davamında Azərbaycan tərəfini bu konspirasiya qarşısında məntiqli addım atmasını və tələyə düşməməsini istədi.

Bürucerdi, İran və Azərbaycanı iki qonşu ölkə adlandıraraq sionist rejimi hər iki müsəlman millətin ortaq düşməni olduğunu qeyd etdi.

O, belə xəbərlərin saxta və yalan olduğunu bildirərək dedi: "Azərbaycanın öz qonşu ölkələri ilə əlaqələrini xarab etmək üçün planlar hazırlanır. Bundan əlavə İran qorxusu projesi də bu yönümdə davamlı olaraq atılan addımlardandır".

Milli təhlükəsizlik komissiyasının sədribu mövzuda bundan qabaq da Xarici İşlər Nazirliyindən suallar olunduğunu və  bunun təzə mövzu olmamasını açıqlayaraq dedi: "Bu mövzu XİN-nin qarşısında olan Azərbaycanla əlaqələrin nizamlanmasına, İslam İnqilabı düşmənlərinin planlaşdırdığı və həyata keçirmək istədiyi konspirasiya ilə mübarizəyə şamil olan önəmli və həssas mövzularındandır".

  • Yazılıb
  • da (də) 2012 Jan 23