Tarix : 2012 Jan 23
Kod 28131

Avropada yaşayan Türkiyəlilər Fransada aksiya keçiriblər

Avropada yaşayan minlərlə türkiyəli dünən Parisdə toplaşıb, geniş aksiya keçirərək, Fransa Məclisinin Osmanlı İmperiyası tərəfindən ermənilərin ...
well/Aran agentliyi

 

 

Avropada yaşayan minlərlə türkiyəli dünən Parisdə toplaşıb, geniş aksiya keçirərək, Fransa Məclisinin Osmanlı İmperiyası tərəfindən ermənilərin qırğın edilmələrini genosid adlandırmasına qarşı qəzəblərini elan ediblər.

Mehr Xəbər Agentliyinin Assoşiyetidpress-ə istinadən verdiyi məlumata əsasən Avropada yaşayan türkiyəlilər Fransa parlamentinin qanun layihəsinə qarşı etiraz olaraq, Paris küçələrində aksiya keçirib, bu ölkə senatına doğru hərəkət edib, fransızların qanunvericilik mərkəzinə gedən yolların bağlanmasına səbəb olublar.

Bu aksiyalar keçən bazar ertəsi günü Fransa Senatının bu ölkənin Nümayəndələr Palatasının Osmanlı İmperiyası tərəfindən ermənilərin qırğın edilməsini soy-qırım adlandırması üzrə hərəkətinə etiraz olaraq keçirildi.

Aksiya iştirakçıları özləri ilə Türkiyə bayraqları habelə üzərində" Sarkozinin utanc-verən qanununa yox deyin" və " tarix, tarix-yazanlar üçündür, siyasət siyasətçilər üçün" yazılmış plakatlar daşıyaraq, Fransanın bu hərəkətinə etiraz olaraq, şüarlar səsləndiriblər.

Osmanlı dövləti tərəfindən 1915-ci ildə ermənilərin genosidini inkar edənlərin cəzalandırılması qanun layihəsi ötən 22 dekabrda Fransanın Milli Məclisində təsdiq edildi. Bu layihənin icra edilməsi üçün Fransa Senatı da onu təsdiq edib, prezident də onu imzalamalıdır. Bu layihə yanvarın 23-də Fransa Senatında araşdırılacaq.

Bundan öncədə Fransada yaşayan türkiyəlilər bu layihəyə etiraz olaraq, ötən dekabr ayının 22-də Fransanın Milli Məclisinin önündə aksiya keçirmişdilər.

  • Yazılıb
  • da (də) 2012 Jan 23