Türkiyədə bir qrup bu ölkənin Malatya vilayətindəki Kürəcik məntəqəsində Amerika və NATO-nun Raket Qalxanının lokator sistemlərinin ...
well/Aran agentliyi
Türkiyədə bir qrup bu ölkənin Malatya vilayətindəki Kürəcik məntəqəsində Amerika və NATO-nun Raket Qalxanının lokator sistemlərinin fəaliyyətə başlamasına etiraz olaraq, aksiya keçiriblər.
Fars Xəbər Agentliyinin verdiyi məlumata əsasən Türkiyə medialarında Amerika və NATO-nun Malatya vilayətindəki Raket Qalxanının lokator sisteminin fəaliyyətə başlaması habelə ABŞ hərbçilərinin bu vilayətdəki bazada yerləşməsi haqda xəbərlərin yayımlanması bir halda, Türkiyənin müsəlman xalqından bir qrupu Kürəcik kəndində qeyd edilən bazanın yaxınlığında olaraq, NATO-nun Raket Qalxanı əleyhinə etiraz ediblər.
Özlərini xalq cəbhəsinin üzvləri adlandıran bu qrup Türkiyənin hər yerindən burada toplaşaraq, etiraz aksiyası keçiriblər. Etirazçılar Malatya şəhərinin mərkəzində toplaşdıqdan sonra NATO-nun Raket Qalxanının Lokator Sistemlərinin yerləşdiyi Kürəcik kəndinə tərəf hərəkət etsələr də, bu bazanın yaxınlığında jandarma qüvvələrinin maneəsi ilə üzləşiblər. Türkiyə xalqının qeyd edilən bazanın yaxınlığındakı etiraz aksiyası zamanı, kəskin təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi habelə bu bazanı qorumaq üçün Türkiyə əsgərlərinin sayının çoxluğu diqqəti cəlb edirdi.
Türkiyəli aksiya iştirakçıları Rəcəb Təyyib Ərdoğan hökumətinin NATO-nun Raket Sipəri sistemini Türkiyə torpağında yerləşdirilməsi üzrə rəsmi icazəni verməklə, Orta-Şərq xalqlarına qarşı ciddi hədənin yaranmasına səbəb olduğuna təkid ediblər