Tarix : 2012 Jan 24
Kod 28144

Bakı sözdə haqla, işdə İsraillədir

Nüfuzlu “The Economist” dərgisi İsrail-Azərbaycan münasibətləri haqqında məqalə dərc edib
g/arannews

Nüfuzlu “The Economist” dərgisi İsrail-Azərbaycan münasibətləri haqqında məqalə dərc edib. “Qeyri-adi, amma lazımlı müttəfiqlər” başlıqlı məqalədə deyilir ki, İsrail həmişə olduğu kimi, öz regional periferiyasında qeyri-ərəblərlə dostluq axtarır. Bu, haqqında danışılması cəsarət tələb edən məhəbbət kimidir. Azərbaycan 1991-ci ildə müstəqillik qazananadan bəri, yəhudi dövləti və şiə müsəlman ölkə arasında münasibətlər böyüyüb və çiçəklənib. Onların hər ikisi İrandan qorxur, hər ikisində digərinin istədiyi şeylər mövcuddur”.İsrail-Azərbaycan əlaqələrinə toxunan “The Economist”in yazdığına görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi İsraillə bağlı qətnamələrdə ərəb və müsəlman ölkələrinin xeyrinə səs verir. İsraillilər isə deyir ki, onlar Azərbaycanın nə dediyinə yox, nə etdiyinə daha çox önəm verirlər. Jurnal qeyd edir ki, Azərbaycanın ən böyük mobil telefon operatoru İsrail şirkətilə ortaqdır.. İndi israillilər Azərbaycanın müdafiə sənayesinə külli miqdarda sərmayə yatırırlar. Ötən ilin martında İsrail və Azərbaycanın yaratdığı birgə müəssisədə pilotsuz təyyarə istehsal edilməyə başlayıb.“Azərbaycan liderləri əhalisinin dörddə biri etnik azərbaycanlı olan İrandan gələn islamçı təsirdən qorxurlar. İranda ayətullahlar isə sekulyar Azərbaycanın təsirindən ehtiyat edir. İran İlham Əliyevi İsraillə münasibətlərinə görə məzəmmət edib. Azərbaycan rəsmiləri İsrailin Azərbaycan silahlı qüvvələrinə təlimlər keçməsinə dair məlumatları müzakirə etməyə maraqlı deyillər. Azərbaycanla yaxın münasibətləri olan Türkiyə də Əliyevin İsraillə yaxınlığına qəzəblənir. Türkiyəinin Bakıdakı səfiri Azərbaycan hökumətini Türkiyənin yolunu tutaraq İsraillə münasibətləri pozmağa çağıranda nəzakətli rədd cavabı aldı”, - deyə “The Economist”in məqaləsində vurğulanır.(Azadlıq) 

  • Yazılıb
  • da (də) 2012 Jan 24