Tarix : 2012 Jan 24
Kod 28147

HƏBS OLUNAN DİNDARLARIN AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Toplantı İslam Partiyasının təşəbbüsü ilə həyata keçirilib
g/arannews

AİP Mətbuat Xidmətindən faktxeber.com-a daxil olan məlumata görə, dünən Azərbaycan İslam Partiyasında  qurumun həbs olunmuş üzvlərinin ailələri ilə görüş keçirilib.

Tədbirdə gündəmdə duran problemlər barədə geniş müzakirələr aparılıb, fikirlər səsləndirilib.

Qeyd edək ki, təqribən iki il bundan öncə Azərbaycan İslam Partiyasının bir sıra üzvləri həm Həzrət Mühəmmədin vəfatı və onun əziz nəvəsi İmam Həsən Müctəbanın şəhadəti ilə əlaqədar, həm də 20 yanvar və Xocalı Soyqırımının şəhidlərini anmaq üçün Şəhidlər Xiyabanına  gedərkən yolda polislərin təzyiqi ilə üzləşmiş sonra isə həbs edilmişdilər.

Tədbirdə ilk olaraq Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova danışıb: "Peyğəmbərimiz öz əshabına buyurub ki, mən qardaşlarımla fəxr edirəm. Əshabı ondan soruşub ki, bu, hansı qardaşlardır, məgər biz sənin qardaşların deyilik? Peyğəmbər isə cavab verir ki, xeyir, siz mənim əshabımsınız. Qardaşlarım isə o kəslərdir ki, məndən uzaq olarkən, məni görməyərəkdən iman gətirəcəklər, yolumda hər şeylərindən keçəcəklər. Bu qardaşlarım axirəz-zamanda dünyada olacaqlar. Mən onlarla fəxr edirəm. Onlar mənim iftixarımdır». Bəli, biz bu gün yoldayıq.İslamın bu məzlum vaxtında  Allah-Təalanın bizi seçdiyinə görə, bu mövqeyətdə qərar verdiyinə görə  fəxr edirik. Fikirləşəndə ki, bu yolda bizdə nəsə qurban vermişik,  ürəyimiz dağa dönür».

Daha sonra Mehparə xanım cəmiyyətdə baş verən ədalətsizlik məsələlərinə də toxunub. Bununla mübarizə etməyin vacibliyini vurğulayıb: «Laqeyidlik, məmur özbaşınalığı baş alıb gedib. Bu gün hətta bətnlərdə olan körpələrə belə rəhm olunmur. Uşaqlarımıza peyvənd adı ilə vurulan iynələr sonralar bir çox xəstəliklərə, hətta ölümlə nəticələnir. Misal üçün, bu gün cəmiyyətimizdə ən nadir xəstəliklərdən sayılan autizm baş alıb gedir. Bu, harda yaranır? Peyvəndlərin tərkibində nə  olduğunu kim bilir? Bu yaxınlarda araşdırma zamanı məlum olub ki, peyəndləri içində olan civə lazım olduğundan 16 dəfə artıqdır. Məncə əlavə şərhə ehtiyac yoxdur».

Xanım Səmədova «Avroviziya» və həmin ərəfədə keçirilməsi planlaşdırılan «gey-parad»a da münasibətini bildirib: «Maraqlıdır ki, heç xiristian ölkələri bu paradın keçirilməsinə razılıq verməyib. Və əgər Azərbaycan kimi qeyrətli bir ölkənin kişiləri bunu qəbul edəcəksə, onda gərək başlarına ləçək bağlayıb gəzsinlər».

Daha sonra söz AİP-in İcra Aparatının keçmiş rəhbəri və hazırda həbsdə olan Elmar Səmədovun həyat yoldaşı İlahə xanıma verilib: «Xatırlayırsınızsa o dövrdə - 13 fevral tarixinə Xocalı soyqırımını anma ərəfəsinə düşmüşdü. Bizim mömin qardaşlarımız, yoldaşlarımız həm bu münasibətlə, həm Peyğəmbərimizin rehləti və İmam Həsən Müctəbanın şəhadəti münasibətilə, həm də 20 Yanvar şəhidllərini anmaq üçün getmişdilər. Amma onlar polislərin sərt davranışları ilə qarşılaşdılar. Onlar elə döyüldülər ki, birinin başı, digərinin böyrəyi xəsarət aldı və bu, hələ də onların səhhətlərində öz mənfi təsirini göstərir. Bu gün şəhidlərimizi ziyarət edən insanların qarşısı dəhşətli şəkildə alınır, mömin, dindar insanlar həbsə salınır. Bəs görəsən həmin polislər qoyacaqmı üzdəniraqlar rahat şəkildə öz paradlarını keçirsinlər? Bu gün Azərbaycanda insan hüququnun, vicdan azadlığının ən kobud şəkildə pozulması kimi tarixə düşüb, bununla yadda qalıb.»

Lətafət xanım peyvənd məsələsinə toxunaraq bildirib ki, bu, zalımların əməlidir: «Televiziyada deyirdilər ki, İcra Hakimiyyəti «gey»lərin paradına icazə verməsə, bu, Azərbaycan hökumətinin insanlarıqn hüquqlarını kütləvi şəkildə pozması deməkdir. İnsan hüququnu bilən hökumətsənsə, niyə məsciddə Aşura gününü qeyd etməyə imkan vermirsən?»

Daha sonra şıxış edən Fatimə xanıma vəhdətin vacibliyindən danışıb: «Təəssüf ki, biz bir-birimizin dərdini ancaq özümüz çəkəndən sonra bilirik. Amma belə olmalı deyil. Hamımız bir-birimizi fikirləşməliyik. Kiminsə ata-anasını təhqir eləsən, dözməz. Amma bizim dinimiz, Peyğəmbərimizi  təhqir etmək istəyirlər, məscidlərimizi sökürlər, hicablarımızı açmağa çalışırlar. Buna mane olanların isə qollarına qandal vurulur. Bunun qarşısı ancaq birliklə alınar»

Həbsdə olan daha bir dindar Seynur Hüseynovun bacısı Elnarə xanım da məsələyə öz münasibətini bildirib: «Haqq yolunda olanlara hər nə edilsə də, ağır cəzalandırsalar da, həbsə atılsalar da, onlar susmayacaq. Mənim qardaşım və digər dindarlar şəhidlərimizi anmaq üçün Şəhidlər Xiyabanına gedərkən həbs olunublar. Bu harda yazılıb ki, 20 yanvar şəhidləri ancaq həmin gün anılmalıdır? Axı bu torpaqda uyuyanlar bizim azadlığımız uğrumuzda canlarından keçiblər və hər birimizin borcudur ki, onları ziyarət edək. Ancaq cəmiyyətimizdə laqeyidlik baş alıb gedir. Bu gün 20 yanvardır - şəhidlərimiz anılır, səhəri televiziyada yenidən əxlaqsız verilişlər başlanılır.

Tədbirdə son olaraq Kəmalə Manaflı çıxış edib: «Azərbaycan xalqı bu gün bir çox problemlərin içində qalıb: torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır, qız-gəlinlərimiz əsirlikdədir, işsizlik baş alıb gedir, dindarlara qarşı təzyiqlər güclənib, məscidlərimizi sökülür, ixlaslı möminlərimiz həbs olunub. Buna səbəb isə bir olmamağımız, ayrı-ayrılıqda iş görməyimizdədir. Vəhdətdə olsaq qalib gələrik. Mömin möminin çətinliyini bilməlidir. Məhbusda olan qardaşlarımızın ailələrin yad etməliyik, onlara maddi-mənəvi yardım etməliyik, onlara həyan olmalıyıq. Bizim ən ağrılı yerlərimizdəndir ki, biz-birimizi ana bilmirik, elə hey səhv axtarırıq. Bəlkə də səhv özümüzdədi. Bəlkə də elə buna görə, İmam Zaman (ə) zühur etməyib. Axıbiz Həzrət Mehdi Sahib əz-Zamanın (ə) zühuru üçün şərait yaratmalıyıq. Bunun üçün də, cəmiyyətdə baş verən mənfi proseslər qarşısında susmamalıyıq. İstəsək çox şeyə nail ola bilərik. İmam Hüseyn (ə) buyurub ki, zillətlə yaşamaqdansa, izzətlə ölüm şərəflidir. O ki qaldı bu «gey-para»a, biz həmin günü birləşərək onlara qarşı etiraz səsimizi ucaltmalıyıq. Biz də həbsdə olan qardaşlarımız kimi Allah yolunda bacardıqca hər şeyimizi fəda etməliyik».

 

 

  

  • Yazılıb
  • da (də) 2012 Jan 24