Tarix : 2012 Jan 24
Kod 28149

Azər Həsrət İlham Əliyevi soyadını dəyişdirməyə çağırdı

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, Türk Xalqları Mədəniyyət Vəqfi başqanının yardımçısı Azər Həsrət prezident İlham Əliyevə müraciət edib
g/arannews

Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı, Türk Xalqları Mədəniyyət Vəqfi başqanının yardımçısı Azər Həsrət prezident İlham Əliyevə müraciət edib. “Media forum” saytının məlumatına görə, müraciətdə vətəndaşların soyadlarının milliləşdirilməsi məsələsinə toxunulur: “Sizin rəhbərliyiniz altında bu məsələnin də həlli üçün son iki ildə gərəkli addımlar atılıb, soyadların milliləşdirilməsi üçün lazım olan qanunverici baza hazırlanaraq təsdiqlənib. Vətəndaşlarımız çox sadə bir əməliyyatla soyadlarımızdakı yad sonluqlardan imtina etmək imkanı əldə ediblər. Ancaq təəssüflər olsun ki, bəzən arzuolunmaz bürokratik əngəllər, bəzən də sadəcə səhlənkarlıq üzündən bu proses əngəllənir.

Sizdən xahiş etmək istərdik ki, soyadların milliləşdirilməsində bütün ölkəyə nümunə olacaq bir addım atasınız. Əlbəttə ki, Sizə yol göstərməyin bizim həddimizin olmadığını anlayırıq. Ancaq onu da anlayırıq ki, hər zaman milli mənafelərimizi hər şeydən üstün tutan bir dövlət başçısı olaraq Sizə bu cür müraciətimiz çox gərəklidir. Ona görə də xahiş edərdik ki, öz soyad sonluğunuzun milliləşdirilməsini gerçəkləşdirməklə xüsusən də Sizə rəğbəti və inamı olan hər kəsin istəklərinə cavab verəsiniz”.

 

  

  • Yazılıb
  • da (də) 2012 Jan 24