Tarix : 2012 Jan 24
Kod 28150

Səfir Məhəmmədbağır Bəhrami:''Azərbaycan Respublikasının xarici işlər naziri çox düşünülmüş bir a...

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti səfir Məhəmmədbağır Bəhraminin müsahibəsini yayıb
g/arannews

APA müsahibəni təqdim edir.

- İranın nüvə alimlərinin terror edilməsi barədə nə deyərdiniz?

- İranın elmi və texnoloji inkişafı yolunda İslam inqilabının başlanması ilə bir zamanda başlanmış və bu günədək ölkənin ali rəhbərləri və islami İranın qeyrətli gəncləri və alimləri tərəfindən tam iqtidar və ciddiyyəti ilə davam etdirilən hərəkəti bir neçə iranlı alimin terror edilməsi ilə dayanmayacaq. Sionist rejimin və onun qərbdən olan himayədarlarının terrora əl atması İran İslam Respublikasının elmi və texnoloji inkişafının qarşısını almaq üçün atılmış ən pis və ən alçaq qeyri-insani və namərdcəsinə addımlardandır və sionist rejimin qeyri-insani və təhlükəli mahiyyətini göstərir. İndiyədək İranın 4 nüvə alimi oxşar üsulla terror edilib və əldə olan sübutlar bu hadisədə sionist rejimin əli olduğunu göstərir.

- Bu terror aktlarına görə məsuliyyət kimin üzərinə düşür?

- İran İslam Respublikası bu cür terror aktlarını qərb ölkələrinin və sionist rejimin bir ovuc məlum himayədarlarının mövqe və əməllərinin nəticəsi və məhsulu hesab edir. O ölkələrin ki, nüvə silahı istehsalı bəhanəsi ilə əslində İranın elmi və texnoloji inkişafına və İran xalqının əmin-amanlığına qarşı çıxırlar. Qərb bu yolla elm və texnologiyaları inhisara almaqla müstəqil ölkələri, xüsusilə də islam ölkələrini tərəqqi və inkişaf imkanından məhrum etmək və xalqlar üzərində öz hökmranlığını qoruyub saxlamaq və davam etdirtmək istəyir. Sionist rejimin İranın nüvə alimlərinə qarşı terror aktları ona çox baha başa gələcək. Bu qəsbkar və təhlükəli rejimin regiondakı himayədarları da onun qeyri-insani və cinayətkar əməllərinə şərikdirlər.

- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda bu hərəkəti pisləyib...

- Elədir. Xoşbəxtlikdən dost və qardaş Azərbaycan Respublikasının xarici işlər naziri çox düşünülmüş bir addım ataraq və çox aydın şəkildə bu hərəkəti pisləyib və aidiyyəti beynəlxalq təşkilatlardan bu məsələnin araşdırılmasını tələb edib. 120-yə yaxın ölkə belə bir addımı pisləyib və lənətləyiblər. Biz dost və azadlıqsevər ölkələrin qətiyyətlə dünyada sülhü təhdid edən belə bir təhlükəli addıma qarşı çıxacağını gözləyirik.

- İranın cavabı necə olacaq?

- Əlbəttə, bu cür qeyri-insani və namərdcəsinə terror aktları İran İslam Respublikasının azadlıqsevər xalqının seçdiyi şərəfli dinc tərəqqi və inkişaf yolunu davam etdirmək əzminə azacıq da olsa təsir göstərməyəcək. İranda inqilabdan sonra çoxlu sayda axtarış meylli, stimullu, mömin və vətənpərvər gənclər ərsəyə gəliblər ki, onlar həmişə İslamın və İranın maraqları yolunda addım atıblar və öz şəhidlərinin, o cümlədən də şəhid olmuş nüvə alimlərinin yerini dolduracaqlar.

 

  

  • Yazılıb
  • da (də) 2012 Jan 24