Məmməd Əsgərovun Nərimanov Rayon Məhkəməsinin 5 dekabr 2011-ci il hökmündən verilən apellyasiya şikayətinə baxılacaq
/Aran agentliyi
“Hicaba azadlıq” aksiyasına görə 3 il həbs cəzası almış Məmməd Əsgərovun Nərimanov Rayon Məhkəməsinin 5 dekabr 2011-ci il hökmündən verilən apellyasiya şikayətinə baxılacaq. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov sədrlik edəcək.
2011-ci il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsində “Hicaba azadlıq” aksiyasına görə təqsirləndirilən Çingiz Novruzova, Taleh Ələkbərova, Toğrul İsgəndərova və Məmməd Əsgərova hökm oxunub. Toğrul İsgəndərov və Məmməd Əsgərov 3 il, Taleh Ələkbərov və Çingiz Novruzov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli biliniblər.
“Hicaba azadlıq” aksiyası ötən il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər məhkum olunub.