Tarix : 2012 Jan 24
Kod 28159

Həqiqət məhkumu Seyyid Fəramiz

Bu gün Hicab Məhbusu Seyyid Fəramiz Abbasovun həbs olunmasından düz bir il keçir
/Aran agentliyi

 

Möminlərin içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər." (Əzhab 23)

Mən bir neçə il bundan qabaq Məşhəd ziyarətində olanda, İmam Rzanın(ə.s) zirehindən yapışaraq Allahdan şəhadət istəmişəm!”- Bu sözu son məhkəmədə soyləmişdin Hacı!

Allah daşıya bilməyəcəyi yüklə insanı yükləməz. Bəzi insanlar bir məqama nail olurlar ki, insan o həqiqətləri şəxsən müşahidə etmədikcə dərk etməsi qeyri mümkündür! Az yaşlı uşaq böyük insanların keçirdiyi bəzi hisslərdən bixəbər olduğu üçün ona o şeyləri başa salmağın mənası yoxdur.Yetkinlik yaşına çatandan sonra o hissləri şəxsən özü keçirmədikcə o hisslərin necə olduğunu dərk etməyəcəkdir.

Necəki cəmiyyətimizdə bəzi uşaq təfəkkurundə olan yetkin insanlar vardır ki, sənin haqq uğrunda həbs olunmağına öz kiçik düşüncə dairəsindən baxır. Təəssüf ki, bir ömür din təbliğ edib, dindən çox uzaq düşənlər hec vaxt sənin kecirdiyin hisslərini dərk etməyəcək, az yaşlı uşaq kimi qalacaqlar. Çünki onlar sərbəst, azad insan deyil, uşaq kimi təsir altında qalmağı, “rahat” yaşamagı seçmiş insanlardır.

Seyyid sizin öz diliniz ilə desək ”Elə bil Azərbaycanda hərəyə bir Quran nazil olub!”

Bu gün sizin yəni Hicab Məhbusu Seyyid Fəramiz Abbasovun həbs olunmağından düz bir il keçir. Həmin gün bu gün kimi yadımdadır. Sizə olunan zülmü tarixən təkrarladığımız təbii bir hadisə kimi, sadəcə qıraqda dayandıq, əlimiz-qolumuz bağlı halda seyr etdik. Sizin əlinizə qandal vurdular. Namaz qılan zaman belə əlinizdən qandalı açmadılar.

Allah dərgahında sizin əliqandallı namazınız qəbul olacaq. Amma bizim azad qıldığımız namaz necə?

Son məhkəmədə dediyiniz kimi, Allahın mühakimə etdiyi bir gün olacaq ki, mənə zülm edənlər mənim ayağıma diz-dizi sürünərək gələcəklər. Narahat olmayın mən sizi orada bagışlayacağam!

Görəsən sizə olunan bu zülmləri müşahidə edən bizlər xəcalət cəkməyəcəyikmi o gün? Axı biz sənin cəddin Hüseynə(ə.s) olunan zülmü eşitmişdik. Görünür dərk edə bilməmişik!

Məhkəmədə dediniz: Bəli mən Hicab Qadağası əleyhinə danışmışam! Bir Azərbaycanlı kimi nəslində, rayonunda, kəndində Azərbaycanın müstəqilliyi uğrunda canından kecmiş şəhidləri olan vətəndaş kimi, bir Seyyid kimi, bir ruhani kimi! Çünki bunu özümə borc bilmişəm deyərək etirazlarınızı hakimə bildirdiniz. Sizin bu fikirlərinizə yersiz, lazımsız yanaşan insanlar bəzi dəyərləri ya unutmuş, ya da heç dəyərləndirməmişdir.Bəli siz bir Azərbaycanlı kimi etiraz etmişdiniz!

Həzrəti Əli (ə.s) buyurmuşdur: İxlas və doğruluq böyuk insanların, xalis olmamaq və xəyanət isə alçaq insanların xislətidir.

Məhərrəm ayında İmam Hüseynin (ə.s) Ərbəin gününə qədər, hər cümə axşamı öz evinizdə əzadarlıq məclisi təşkil edib, bütün dostlarınızı çağırardınız. Özünüz bir tərəfdə əyləşib sadəcə iştirak edərdiniz. Həmişə məclisdə əyləşəndə kürəyinizi divara söykəməzdiniz. Bir gün şəxsən soruşdum - Ağa niyə divara söykənmirsən? Dediniz ki, biz gərək Allaha və Peyğəmbərinə kürəyimizi söykəyək! Dünya söykəniləsi yer deyil!

Mən bu sözü anlamadım....siz həbs olunub məhkəmədə dediklərinizə qədər....

Siz həbs olunan vaxt, məhkəmədə bəzi insanların sizin əleyhinizə yalan olan yazılı materiallar verdiyini eşitdik. Bu adam sizin kəndinizin məktəb direktoru dırnaqarası ziyalılardan olan birisi idi. Hacı, siz bu ittihama gülümsəyərək belə dediniz: Allah bu insanın ömrünü uzun etsin, ağlını başından alsın!

Seyyid etdiyin dua çox keçmədən qəbul oldu. Həmin müəllimin havalanaraq kənd küçələrində gəzib peçat, ştamb axtardığını eşidik. O zaman Ağa, sizin söykəndiyiniz yerləri anladım.

Sizin bizimlə olmadığınız bu bir ildə, biz də çox şeylər itirdik. Sizin dövrün bu çətinliklərinə sinə gərməyinizin bizim tariximizə şanlı bir hadisə kimi yazılacağına heç də şübhə etmirik. Necəki bu bir ildə sizə həsr olunmuş şerlər yazıldı, məqalələr tərtib edildi, video materiallar hazırlandı, mənbərlərdə Azərbaycanın, Masallının fəxri deyə xitab edildi. Bu amilləri nəzərə alaraq belə qənaətə gəlirik ki, siz bizim şanlı tariximizin sərlöhvələrindənsən!

Seyyid! tariximizə ləkə kimi yazılacaq bəzi hadisələrin şahidi olacağıq deyə cox qorxuruq! Heç bilirsiniz Azərbaycanda nə etmək istəyirlər? Şah İsmayıllar, Babəklər, Həzi Aslanovlar, Mübariz İbrahimovlar diyarında “GEY Parad” keçirmək istəyirlər. Şəhid analarının göz yaşları axa-axa, 20 Yanvarda küçələri qərənfil yağışına tutan bu xalqa nə etmək istəyirlər?

İmam Hüseynin (ə.s) matəm yürüşünə icazə verməyənlər dünyada olan bütun “Geyləri” ölkəmizə gətirib yürüş keçirmək niyyətindədir. Hələ ki, bu məsələ qarşısında susanlar çoxdur. Mənəviyyat böhranında qərq olmuş ölkəmiz bu imtahandan necə çıxacaq hələ məlum deyil. Əlimizdə olan Allahın kitabının qədr-qiymətini bilmədiyimiz halda çox əziləcəyik görünür. Allah əmr verir bizlərə, əgər yerinə yetirsək mükafat alacayıq, yox əksini etsək kim olur olsaq cəzalanacayıq. Allah heç kəsə nahaq yerə üstünlük verməz. Əgər layiqiysə bu ciddi məsələ olan “Gey Paradın”da öhdəsindən gələrik.

Allah Qurani-Kərimdə buyurub: Hər bir qovm (xalq,millət) öz halını (müqədtəratını) dəyişməzsə Allah da həmin qövmün halını dəyişməz. (Rəd 11.)

Biz elə fikirləşirik ki, sizlərin zindana salınması bizim halımızın dəyişməsinə böyük təsiri olacaq. Siz də oralarda özünüzə yaxşı baxın, Seyyid!

Günəş olmasa səhər açılmaz. Hələ deyəsən gecəmiz uzundur bizim!

Məhəmməd Əmin.

Xeber44

  • Yazılıb
  • da (də) 2012 Jan 24