Tarix : 2012 Jan 24
Kod 28164

Soçi görüşündə İlham Əliyev və Serj Sərkisyan dostluğunun möhkəmlənməsi-Qarabağ isə hələ də işğal...

İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyanın üçtərəfli görüşündə Azərbaycan və Ermənistan prezidentləri xizək sürdülər ki, Qarabağ hələ də işğal altında qalsın...
/Aran agentliyi

 

İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyanın üçtərəfli görüşündə Azərbaycan və Ermənistan prezidentləri xizək sürdülər ki, Qarabağ hələ də işğal altında qalsın

"Arannews"in məlumatına əsasən, bazar ertəsi Azərbaycan və Ermənistan prezidentləri üçtərəfli görüşdə Qarabağ münaqişəsinin nizamlanması və həlli istiqamətində müzakirə apardılar. Amma bu görüş də qabaqkı görüşlər kimi münaqişənin həlli yolunda heç bir nəticə əldə edlilmədən başa çatdı.

Rusiyanın Qara dəniz sahilində yerləşən Soçi şəhərində Dmitri Medvedyev, İlham Əliyev və Serj Sarkisyanın bir günlük görüşündə Qarabağ münaqişəsinin siyasi həll yollarının davamını müzakirə etdilər.

Görüş nəticəsində üç ölkə başçıları birgə bəyanat qəbul etdilər. Bəyanatda bildirilir ki, 2008-ci il noyabrda üç ölkə başçılarının görüşünün Moskva bəyanatından sonra Qarabağ münaqişəsinin nizamlanması yolunda çox səylər olubdur.

Həmçinin prezidentlər bəyan edib ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub.

Azərbaycan və Ermənistan prezidentləri Rusiya və ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin vasitəçilik missiyasını yüksək dəyərləndirib və regionda sülh və əmin-əmanlığın sabitləşməsi üçün Rusiya, ABŞ və Fransanın gələcəkdə də Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol ifa edəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Bəyanatda prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib".

Əlbəttə, Soçi görüşünün digər proqramları da var idi. O cümlədən görüş iştirakçısı olan ölkə başçılarının xizək sürmələri idi. İlham Əliyev və Serj Sərkisyan öz şəxsi dostluqlarını möhkəmləndirmək və Qarabağ münaqişəsinin həllini gələcəyə tapşırmaq üçün bir-birlərinin əllərini səmimi sıxdılar və xizək sürdülər.

Həmişə İran rəsmilərinin Ermənistanın bəzi rəsmiləri ilə görüşünü İran əleyhinə psixoluji əməliyyatlarına əsas qərar verən və onu İranın Ermənistanı dəstəkləməsi kimi qələmə verən azəri mediası indi öz ölkə prezidentinin Ermənistan prezidenti ilə xizək sürməsini təhlil etməlidir.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başladı, bir neçə il müharibə və hər iki tərəfdən minlərlə insanın ölümündən sonra 1994-cü ildə iki ölkə arasında atəşkəs elan edildi.

17 il bundan qabaq Qarabağ münaqişəsinin nizamlanması üçün müzakirələrə vasitəçilik missiyasına rəhbərlik edən ATƏT-in Minsk Qrupu münaqişənin həlli yolunda indiyə kimi heç bir müvəffəqiyyət əldə etməyib. Müharibə tərəfləri isə atəşkəsin olmasına baxmayaraq tez-tez bir-birini atəşkəsi pozmaqda günahlandırır.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 24