Rəsmi Bakı tərəfindən hazırlanmış Azərbaycan Respublikasında İrana bağlı bir terror dəstəsinin aşkar edilməsi ssenarisi nə qədər gülünc olsa da, sionist dairələr ...
/Aran agentliyi
Rəsmi Bakı tərəfindən hazırlanmış Azərbaycan Respublikasında İrana bağlı bir terror dəstəsinin aşkar edilməsi ssenarisi nə qədər gülünc olsa da, sionist dairələr tərəfindən bir o qədər müsbət qarşılanıb.
APA-nın məlumatına görə, İsraildə çıxan Haaretz qəzeti Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə istinadla yazıb: Şabad Or Avner yəhudi məktəbinin müəllimləri olan Şneor Seqal və Mati Lyuisinin terror edilməsi qərara alınıbmış.
Maraqlı məqamlardan biri budur ki, Haaretz qəzeti hadisənin cüzi "detallarına" belə "aydınlıq" gətirdiyi halda, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən hazırlanaraq, Az.TV-nin və digər telekanalların ixtiyarına verilmiş video-materialda "terrorun" hədəflərinin kimliyinə işarə olunmamışdı.
Görünür, MTN bu ssenari ilə bağlı detalları yerli telekanallara etibar etməyib və Haaretz qəzetini özünə daha yaxın hesab edib. Yaxud da, İsrail rejiminin casusluq təşkilatı Mossad tərəfindən hazırlanmış ssenarinin bu hissəsi rəsmi Bakının ixtiyarına verilməyib və birbaşa olaraq Haaretzə təqdim edilib. Az.TV isə bu kimi "mühüm" informasiyaları açıqlaya biləcək qədər ləyaqətli hesab edilməyib.