Tarix : 2012 Jan 24
Kod 28167

Bakıda İmam Rza(ə)-ın şəhadətinin ildönümü anıldı

Səfər ayının sonuncu günü, İmam Rza(ə)-ın şəhadətinin ildönümü münasibəti ilə dünən axşam Bakıda iranlıların Əhli-Beyt(ə) Hüseyniyyəsində xüsusi mərasim keçirilib
well/Aran agentliyi

 

Səfər ayının sonuncu günü, İmam Rza(ə)-ın şəhadətinin ildönümü münasibəti ilə dünən axşam Bakıda iranlıların Əhli-Beyt(ə) Hüseyniyyəsində xüsusi mərasim keçirilib.

İRNA-nın məlumatına görə, İmam Rza(ə)-ın şəhadəti axşamı bir qrup şəhər sakini və Azərbaycan Respublikasında yaşayan iranlıların iştirakı ilə Bakının Əhli-Beyt(ə) Hüseyniyəsində axşam namazı qılındıqdan sonra xüsusi matəm mərasimi keçirilib. Mərasimdə mərsiyə və növhələr oxunub, o həzrətin fəzilətləri ilə bağlı çıxışlar edilib. Əhli-Beyt(ə) məddahları isə o həzrətin şənində şerlər oxuyub, mədhlər ediblər.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 24