Tarix : 2012 Jan 25
Kod 28182

Ərdoğan niyə susur bu Hicab qadağasına?

AK partiya dönəmində də hələ ki, bu məsələ öz həllini tapmır
/Aran agentliyi

 

Azadxeber.az saytının Habereditora istinadən verdiyi xəbərə görə, Bursanın İnegöl İmam Xətib Litseyinə yoxlanışa gələn, Təhsil Nazirliyi əməkdaşları, məktəb rəhbərliyi və müəllimlər haqda protokol qəbul edib. Ola bilsin ki, cinayət işi də açılsın. Səbəb isə İslamyönlü olmadır. Çünki bu litseyə müəllim və şagirdlər Hicabla gəlir. Həmçinin qız və oğlanlar ayrı siniflərdə dərs alır. Kollektivi bir sual çox düşündürür. "Necə olur ki, Baş Nazir Ərdoğan da bu litseydə təhsil alaraq bu vəzifəyə gəlir amma bu qadağaya dayan demir. Heç bir tədbir görmür. Təhsil Nazirliyi əməkdaşları yoxlanışa gələn zaman tez biri-birimizə gəldilər bir çarə qılın deyirik. Bu necə olur anlaya bilmirik."

Litseyin rəhbəri deyir ki, "mən çox təəssüf edirəm ki bu litseydə oxuyan Baş Nazirimimiz Ərdoğan öz hakimiyyətlərinin xeyrinə bu Hicab məsələsi haqda susurlar. Nazirlik 2011-2012 ci ildə qızlardan Hicabsız şəkil çəkdirmək tələbini etmişdir. Bu qərarlar bizi çox üzür. Bu nə zamana qədər belə gedəcək? Hicab Allahın əmridir. Kimlərsə cürətlə ona əl uzadırlar Hakimiyyət dairələri də buna susur. Hakimiyyət bizi taleyimizlə baş-başa buraxmamalıdır. Bunu həll etməlidir. Və biz də tezliklə bunun həll olunmasını səbirsizliklə gözləyirik."

  • Yazılıb
  • da (də) 2012 Jan 25