Senatın qəbul etdiyi sənədə etiraz edən fransız parlamentarilər Fransa konstitusiya məhkəməsinə etiraz imzaları yollamağa başlayıb
/Aran agentliyi
Senatın qəbul etdiyi sənədə etiraz edən fransız parlamentarilər Fransa konstitusiya məhkəməsinə etiraz imzaları yollamağa başlayıb. Kampaniya imzatoplama ilə davam etdirilir.
Fransa Senatında qəbul edilən erməni qanununa etiraz etmək üçün konstitusiya məhkəməsinə müraciət edilməsi mövzusunda fransız parlamentarilər tərəfindən başladılan missiya getdikcə güclənir. İqtidar partiyası "Xalq Hərəkatı Birliyi"nin (UMP) daha iki millət vəkili qanuna etiraz etmək məqsədilə konstitusiya məhkəməsinə göndərilən imza kampaniyasına qatılacağını açıqlayıb.
UMP millət vəkilləri Jakuiz Myard və Mişel Difenbaxerdən sonra yenə iqtidar partiyasının deputatları Erik Strauman və Jan Filip Maurer konstitusiya məhkəməsinə göndəriləcək imza kampaniyasına dəstək verdiklərini açıqlayıb.
Deyerler.Org