Bakıda Fransa səfirliyi qarşısında ''Qarabağ Azadlıq təşkilatı''nın etiraz aksiyası keçirilib
/Aran agentliyi
FaktXeber.com xəbər verir ki, bu gün Bakıda Fransa səfirliyi qarşısında “Qarabağ Azadlıq təşkilatı”nın “Beybəlxalq Diaspor mərkəzi" təşkilatı ilə birgə etiraz aksiyası keçirilib. Qarabağ Azadlıq Təşkilatının keçirdiyi aksiyada “Fransa rədd ol”, şüarları səsləndirilib.
Aksiyanın əsas məqsədi Fransa senatında qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsinə etiraz etmək idi. Aksiyaya müdaxilə edən polis təşkilat üzvlərinin səfriliyə yaxınlaşmasına maneə olublar. Aksiyada 100-ə yaxın insan iştirak edib. Sonda aksiya iştirakçılarından iki nəfər təşkilatın bəyanatını səfirliyə təqdim ediblər. Aksiya saxlanılan olmayıb.
Qeyd edək ki, təşkilatların birgə imzaladığı qətnamə səfirliyə təqdim edilib. Qətnamədə bildirlir ki, Fransa Senatının qərarını rədd etməklə şiddətlə qınayırıq:
1.Fransa ATƏT-in Minsk qrupundan istefa verməlidir.
2.Məlum qanun ləğv olunana qədər Fransa ilə bütün iqtisadi-siyasi əlaqələr dondurulmalıdır.
3.Azərbaycanda Fransa malları boykot edilməlidir.
4.Fransa total şirkəti "Əsrin Müqaviləsi"ndən kənarlaşdırılmalıdır.
Qətnamədə həmçinin bildirilir ki, Fransa Senatı bu ermənipərəst qərarı ləğv etməyincə aksiyalaerımız davam edəcək.