Tarix : 2012 Jan 25
Kod 28191

Tutulan nardaranlıların aqibəti hələ də müəmmalı qalır

Bunu Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib
/Aran agentliyi

 

 

Bunu Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib

O bildirib ki, həbs olunan 4 nəfər Əli İsmayıl oğlu Əliyev, Hacı Elçin Hüseynəliyev, Hacı Dilavər Yaxşıbəyov və Kərbəlayi İmran bu günə kimi vəkillə təmin olunmayıb. İstintaqında necə aparılmağı aydın deyil. Həbs olunan kənd sakinləri haqda əlavə heç bir məlumatlar verilmir.

Xatırladaq ki, ruhani Elçin Hüseynəliyev 2011-ci ilin noyabrın 20-də yaşadığı evindən polis bölməsinə aparılıb. Bir gün əvvəl o, həcc ziyarətindən dönübmüş. Dilavər Yaxşıbəyov həmin il dekabrın 17-də həbs olunub. Dilavər Yaxşıbəyovdan bir müddət əvvəl isə Kərbəlayi İmran həbs olunub. Kərbəlayi İmran həmçinin Qarabağ müharibəsi veteranıdır.

SalamNews

  • Yazılıb
  • da (də) 2012 Jan 25