Siyasi müşahidəçilər xəbərdarlıq edirlər ki, Bakının İranın daxili vəziyyəti habelə, ABŞ və Avropanın İrana qarşı təzyiqləri və sanksiyaları ilə bağlı yanlış ...
/Aran agentliyi
Siyasi müşahidəçilər xəbərdarlıq edirlər ki, Bakının İranın daxili vəziyyəti habelə, ABŞ və Avropanın İrana qarşı təzyiqləri və sanksiyaları ilə bağlı yanlış dəyərləndirmələri Azərbaycan Respublikası hökumətinin Qərbin siyasətlərini izləməsinə səbəb olub ki, bu da sonda Bakının zərərinə olacaq.
Azərbaycan Respublikası məsələləri üzrə ekspert Fərdad Əfzəli Təbrizi Beynəlxalq Səhər Kanalı ilə müsahibədə Bakının Tehran qarşısındakı son rəftarlarını araşdıraraq, deyib: "ABŞ-İran münasibətlərinin yanlış dəyərləndirilməsi Bakının uşaqcasına rəftarlar etməsinə və səhvə yol verməsinə səbəb olub.
Bakı elə təsəvvür edir ki, Qərb İranın mühasirə halqasını daraltmağa nail olub. Elə buna görə də Bakı öz mənafeyini Amerika və İsrail rejiminin siyasətlərini izləməkdə görür. Amma, həqiqətdə Bakının bu dəyərləndirməsi reallıqları əks etdirmir."
Fərdad Əfzəli Təbrizi əlavə edib: "İslam İnqilabının Böyük Rəhbərinin də bəyan etdikləri kimi, İran hazırda Şebi Əbi-Talib şəraitində yox, Bədr və Xeybər şəraitindədir ki, İranın daxili vəziyyətindən də bunu aşkar formada dərk etmək olar. Bakının məsləhəti də Qərbin siyasətlərini izləməkdə yox, İran ilə əməkdaşlıq etməkdədir və gələcək hadisələr bunun doğruluğunu Bakı rəsmiləri üçün sübut etmiş olacaq. Əlbəttə, hazırkı həlledici zamanda Bakı hələ də öz yanlış rəftarlarına və dəyərləndirmələrində yol verdiyi səhvləri düzəldə bilər. İran Azərbaycan Respublikası ilə divar qonşusudur. Belə bir şəraitdə Bakı rəsmilərinin İranla bağlı bu qədər məlumatsız olmaları və ya yanlış informasiyalara malik olmaları son dərəcə təəccüblüdür. Əgər, İranın hazırkı vəziyyəti ilə bağlı yanlış dəyərləndirmələr hər hansı bir uzaq Afrika ölkəsi rəsmiləri tərəfindən olmuş olsaydı, bəlkə də bunu dərk etmək olardı. Lakin, bu məsələ Azərbaycan Respublikası rəsmiləri üçün heyrət doğuran bir məqamdır."
Fərdad Əfzəli Təbrizi daha sonra dedi: Bakının İran ilə bağlı yanlış dəyərləndirmələrinə və səhv addım atmalarına səbəb olan amil ya Qərbin casusluq-təxribatçılıq orqanları tərəfindən Azərbaycan Respublikası rəsmilərinə yanlış informasiyaların ötürülməsidir, yada ki, Bakı rəsmilərinin özləri də bu ölkə medialarında İrana qarşı aparılan yalan təbliğatların təsiri altına düşüblər və bu yalanlara inanaraq, yanlış addımlar atırlar. Hər halda bu yanlış dəyərləndirmələr Bakı üçün yaxşı nəticə verməyəcək."
Səhər kanalı ilə müsahibəsinin davamında Fərdad Əfzəli Təbrizi əlavə edib: "Elə bu yanlış dəyərləndirmələr və səhv addımlar sayəsində Bakı Amerika və İsrail rejiminin siyasətlərinin təsiri altına düşərək, İrana qarşı belə bir gülünc ssenari hazırlayaraq gündəmə gətirib. Əlbəttə, bu gülünc və primitiv ssenari əslində Bakıya rüsvayçılıqdan başqa bir şey qazandırmadı. Belə ki, diplomatik kanallardan daxil olan məlumatlara görə, Azərbaycan Respublikası hakimiyyətində nisbətən real baxışa malik olanlar bu gülünc və primitiv ssenarini tənqid ediblər və hətta bu ssenarinin müəllifləri belə öz hərəkətləri ilə bağlı peşmançılıq hissləri keçirdiklərini bildiriblər. Çünki, Qərb də Bakının bu xoş xidməti qarşısında Azərbaycan Respublikası üçün heç bir imtiyaz nəzərdə tutmayacaq. Keçmişdə də bu məsələ dəfələrlə sübut olub və Qərb Azərbaycan Respublikasının neft siyasətini öz əlinə almasına və Azərbaycan Respublikasından Əfqanıstanın işğalı üçün bir növ koridor kimi istifadə etməsinə baxmayaraq, Qarabağ məsələsinin həllində bu ölkəyə heç bir imtiyaz verməyib. Hətta, Qarabağ məsələsinin Azərbaycan Respublikasının zərərinə həll edilməsinə çalışır. Buna görə də, Bakının indiki oyunları da elə öz zərərinə olacaq."