Tarix : 2012 Jan 25
Kod 28193

MTN-nin anti İran “terror” senarisinin primitivliyi Bakıda da qınağa tuş gəlib

Azərbaycan Respublikası MTN-i tərəfindən anti İran təbliqatı çərçivəsində hazırlanmış ''terror'' senarisinin primitivliyi Bakıda da qınağa tuş gəlib
/Aran agentliyi

 

 

Azərbaycan Respublikası MTN-i tərəfindən anti İran təbliqatı çərçivəsində hazırlanmış "terror" senarisinin primitivliyi Bakıda da qınağa tuş gəlib.

Sabiq təhlükəsizlik zabiti, politoloq Ərəstun Oruclu deyib: "Azərbaycanda xüsusi xidmət, hüquq-mühafizə, məhkəmə orqanlarına, onların məlumatına cəmiyyətdə ümumən bir etimadsızlıq var. Son hadisə ilə bağlı da müxtəlif fikirlər səslənir. İctimai müzakirələrdən də görünür ki, bu məsələ ilə bağlı şübhəli məqamlar var. İran bu kimi terror ittihamlarına onların adətən ABŞ, İsrail və ya başqa ölkədən gəlməsinə də baxmayaraq çox aqressiv reaksiya verir. İran Azərbaycandakı hicab qadağasına, məscid sökülməsinə də çevik reaksiya verib. Bu yaxınlarda sərhəd pozuculuğu məsələsinə də sərt reaksiya ilə rastlaşdıq. Ancaq rəsmi Tehranın indi Azərbaycanın dövlət qurumunun İranın İsrail vətəndaşlarına terror hazırlaması ittihamına reaksiya verməməsi şübhə yaradır. İranın susması onu deməyə əsas verir ki, ya Tehran bu məsələni qabartmaq istəmir, ya da bu məsələnin, saxlanılan insanların İrana heç bir aidiyyəti yoxdur. Ona görə də özünü təmkinli aparır".

Ə.Oruclunun qənaətinə görə, terrorçu kimi təqdim olunan şəxslərin primitiv təsir bağışlaması da şübhə doğuran məqamdır: "Televiziyada göstərilən potensial terrorçular da peşəkar terrorçuya bənzəmirdi. Ümumiyyətlə, terror planı, silahların əldə olunması kimi epizodlar qeyri-ciddi təsir bağışlayırdı. Terrorçuların ailələrinin reaksiyası da şübhə yaradır. Mən bu məsələnin deyildiyi kimi olmasına, bu adamların İranda təlim keçmiş terrorçular olduğuna inanmıram".

"Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev da MTN-in məlumatı ilə bağlı deyib: "Terrorçular adətən xüsusi hazırlanmış adamlar olur. Televiziyalarda nümayiş olunan bu insanlarda həmin hazırlığı görmədim. Buna görə də onların terrorçu olması inandırıcı gəlmədi. Çünki söhbət cinayətin hazırlanmasından yox, xarici ölkənin Bakıdakı mərkəzinin partladılmasından gedir. Bu işdə terrorçular xüsusi hazırlanmış adamlar olmalı idi".

M.Əliyev terrorun qarşısının alınması bəyanatının arxasında siyasi mesajların dayandığını istisna etməyib və deyib : " Bizim tutduğumuz yol İranın maraqlarına ziddir. Azərbaycan ABŞ və İsraillə müttəfiqdir, geosiyasi məsələlərdə bizim mövqeyimiz İranla ziddir. Əgər bu günədək iki ölkə arasında narazılıq açıq ifadə olunmurdusa, artıq indi narazılıq açıq deyilir. Telekanallarda bu barədə süjetlər gedir".

  • Yazılıb
  • da (də) 2012 Jan 25