Tarix : 2012 Jan 25
Kod 28194

DEVAMM-dan rəsmi Bakıya məsləhət

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Azərbaycanın adını təhqir etməsinə cavaba dair DEVAMM sədri, İçərişəhər ''Cümə'' məscidinin ...
/Aran agentliyi

 

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Azərbaycanın adını təhqir etməsinə cavaba dair DEVAMM sədri, İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu rəsmi Bakıya məsləhət verib.

DEVAMM sədri bildirib : "Rəsmi qurumlar gərək diplomatik, informasion, texnoloji, komminikativ addımlarla təcavüzkarları bu təhqirlərə görə peşman etsinlər. Ermənistanı bu təhqirə görə peşman etmək üçün diasporalarımızın imkanları, eləcə də İKT formatında mövcud olan potensialların tətbiqi, intensiv diplomatik təmasların həyata keçirilməsi effekt verə bilər. Bununla yanaşı, bu məsələdə ictimaiyyətin, sosial şəbəkə istifadəçilərinin də böyük faydası ola bilər. Əgər ölkəmizi təhqir edənlər cəzalandırılmasa, bu, davamlı presedentlər yarada bilər".

Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin Soçi görüşünü şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Azərbaycanın adını aşağılamış, "Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündə dəyişiklik olmadı, çünki Azərbaycan heyvana xas inadına uyğunlaşmayan siyasət reallaşdırmaqdadır" kimi təhqir dolu ifadələrə yol vermişdir.

Digər vaxtlarda yersiz coşub daşan dövlət rəsmiləri bununla bağlı soyuq qanlı görünürlər.

Səhər TV

 

 

  • Yazılıb
  • da (də) 2012 Jan 25