/Aran agentliyi
Məktubu İslamazeri.az-a Ruhulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadə göndərib.
Bağışlayan və rəhm edən Allahın adı ilə!
Mən nahaq yerə məhkum olunub 11 il 6 ay iş almış Axundzadə Rufulla Höccət oğlu bu məktubu Bakı İstintaq təcridxanasından ictimaiyyətə ünvanlamaqla baş verənlərə biganə qalmamağı əsas məqsədim bilirəm. Son zamanlar kütləvi informasiya vasitələrində hallandırılan, hüquq müdafiəçisi və jurnalist Eynulla Fətullayevin “Gündəm siyasət” qəzetinin 84-cü nömrəsinin 3-cü səhifəsindəki “Eynulla Fətullayev tənqid və ittihamlara cavab verir” yazısını “qara piar”lara tutarlı cavab kimi dəyərləndirir, tənqidçilərin adlarına və etdikləri iradlara toxunmadan Eynulla Fətullayevin gəldiyi qənaəti bir məhbus kimi dəyərləndirirəm.
Əvvəla, bildirim ki, hal-hazırda Azərbaycan Respublikasında əhalinin əksəriyyəti zülm və işgəncə altında olmaqla zindanlarda “ömür” sürənlərdən heç də azad deyillər. Bəlkə də daha qapalı və təlaşlı ömür sürmədədirlər (buna əgər yaşamaq demək olarsa). Ayrı-ayrı vaxtlarda KİV-də bu barədə çoxlu məqalələrim işıq üzü görüb. 2008-ci ildən isə bu sayaq yazılarıma, kəskin tənqidi fikirlərimə Azərbaycan KİV-də “yer olmadığından” İrandan Azərbaycan dilində yayımlanan “Səhər” telekanalının “Kompas”, “Sizin tribuna” verişlərindən bəhrələnərək, kəskin tənqidi fikir və baş verən qeyri-qanuni hərəkətlərə etirazımı səsləndirmişəm. Hətta Elmar Hüseynovu şəhid etdirənlərə “sizlər Elmar Hüseynova terror edə bilərsiz. Lakin İmam Hüseyn (ə) məktəbinin davamçıları haqsızlığa, zillətə, zülmə, ədalətsizliyə etiraz səsini yeni, özü də çoxlu sayda yetişənlərin şahidi olacaqsınız”...
Və bu gün həbsxanalara doldurulan Əvəzlər, Nemətlər, Möhsümlər, Babəklər, Turallar, Əhədlər, Elmarlar, Talehlər, Fəramiz ağalar, Ariflər, Firdovsilər, Fəxrilər, Abgüllər və .... arta-arta, Azərbaycanı etiraz dalğası bürümədədir. Yüzlərlə jurnalist, yazarlar meydandadır. Deməli mənim söylədiyim öz təsdiqini tapıb. Özü də gözlədiyimdən daha ciddi.
Hörmətli yazarlar! Sizlər indiki hakimiyyətin zülmlərini görür, azğınlaşmış məmur ordusunu gündəlik həyatınızda hiss etmədəsiniz. “Ziyalılar forumu”, “İctimai palata”, insan hüquq və azadlıqlarının müdafiəçiləri, siyasi partiyaların, ictimai təşkilatların liderləri, fəalları, Ruhani alimlər, dindarlar və müstəqil tədqiqatçılar, azad söz söyləyənlər hamısı ölkədə baş verən hadisələrə, eybəcərliklərə, lütləşməyə, ləvatlaşmaya, zülm və talana, evlərin başlara uçurulmasına, xalqın maddi rifahını təmin etmək, sosial problemlərini həll etmək əvəzinə əlindəkini də əlindən almalarına, dinsizliyin, fahişəliyin təbliğinə, Quranın nəhy etdiyini əmr etmələrinə, əmr etdiyini nəhy etmələrinə və ilaxırlara bir pəncərədən baxmalıyıq. Bəzi vaxt bu belə də görünür. Lakin yaxınlaşanda çox vaxt ilğımla aldanmış olduğumuzu görürük.
Eynulla Fətullayevin mövqeyi aydın və fikirləri real olmaqla hər bir düşünən, ədalətli qərar çıxaran, ağıllı adamlara da gündəlik həyatında rast gələn həqiqətdir. Bəli müşahidələr göstərir ki, Azərbaycanımızın tam iflasa uğramayıb, Allah qəzəbi tam reallaşdırılmayıb. Mən demirəm ki, başımızın altına yastıq qoyub nəyinsə yaxşılaşacağına ümid bəsləyək. Ölkənin 20 faiz torpağı quldur erməni dığaları tərəfindən (Rusiya qoşunlarının himayəsi ilə) işğal olunub. Hal-hazırda “qüdrətlər” BMT-nin 4 qətnaməsini qulaq ardına vurub, məğlubiyyətlə barışmağımız üçün dəridən qabıqdan çıxmada, üstəlik ölkəni içəridən tam işğal etməkdən ötrü, alçaq niyyətlərini həyata keçirmək planlarını, iqtidardakı və bəzi özünü müxalifətçi göstərən, azad yazar kimi qələmə verən üzdəniraq “nökərlərinin” əli ilə bizə qələbə çalmadadırlar. Umu-küsü vaxtı deyil. Düşmən çox güclüdür maddi nöqteyi-nəzərdən, şeytan (Allah ona lənət eləsin) onların himayəçisidir.
Bizdən tələb olunan bir şey var, müxalifətli-iqtidarlı (vicdanın satmayanları nəzərdə tuturam) ziyalı alimlər (biqələmunlar ziyalı sayıla bilməz) ölkənin liderləri, Ruhani adil alimlər, haqqa əyilən dindarlar, müstəqil politoloqları (siyasi şərhçiləri) sağlam jurnalistlər, hüquq müdafiəçiləri və Respublikamızın, xalqımızın gələcəyini düşünən digər cəmiyyət və fəallar əl-ələ verib hakimiyyəti ciddi islahatlar aparmağa məcbur etməlidir. Daha görüntü yaradan korrupsiya ilə mübarizə, inhisarı aradan aparan bəzi yazarların sifarişli məqalələri və bu sayaq islahatları nəzərdə tutmuram. Ciddi və qəti islahatlar, istefa və cəza da nəzərdə tutulan islahat bu ölkəni yaxın gələcək fəlakətdən qurtara bilər. İkinci çıxış yolu inqilabdır ki, bu da ölkəmizin zəifləməsinə (baxmayaraq ki, zalım hökumətin zülmündən qurtarılacaq bu ölkə xalqı) səbəb ola bilər ki, burda da Ziyalı məsləhətinə, dəqiq elmlərlə məşğul olanların gəldikləri qəti qənaətə, həqiqi tarixi bilib keçmişi əla öyrənmiş və gələcək barəsində düzgün fikir söyləyə bilən tarixçi alimlərə, filosoflara üstünlük verilməli, Ruhani alimlərin hər bir hərəkətə başlamazdan qabaq Allah-təalanın təqdirinə, əmrinə görə birgə hesablayıb təkamüllə addım atılmalıdır.
Qaldı mən 21 yanvar 2011-ci il tarixdə şərlənərək digər Ruhani və din qardaşlarla böhtan iftira ittihamlarla həbs edilmiş, əvvəl günlər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zirzəmisində 9 nömrəli kamerada qalmış, xüsusi ehtiram və diqqət görmüşəm. Hətta dəyişiyimin gətiriləcəyini söyləsəm də məni dilə tutub duş qəbul etdiriblər. Və eləcə də yeməkləri Kürdəxanı təcridxanasından fərqli olaraq çox dadlı, demək olar ki, evdə hazırlanmış xörəklərin tamını verirdi. Sonra Kürdəxanı istintaq təcridxanasının 5-ci korpusun 2 nəfərlik 50-ci kamerasına məskunlaşdım. Kamerada bütün zəruri olan əşyalar və eləcə də normal yaşayış üçün hər bir şərait var. Təkcə televizor və soyuducu yoxdur. Lakin ümumi korpusun soyuducusu var ki, yayda istifadə etmişəm. Otağın havası yayda 30-32 dərəcə, qışda isə 18-22 dərəcədir. Burda olduğum bir ildə ürək damarın tıxacı ilə bağlı müalicə almış, şəxsən təcridxananın rəisi Elxan müəllimin təhriki ilə tibbi korpusda Əşrəf və Mehman həkimin kürəyimdəki, piy vəzi şişini cərrahiyyə əməliyyatı və sonradan müalicə ilə oradan götürüblər. Hansı ki, 3 il olardı bu şiş mənim kürəyimdə narahatçılıq yaradırdı. Hal-hazırda yüksək təzyiqlə bağlı müalicə olunuram. Bir neçə dəfə UZİ ilə və 2-3 dəfə kardioqam vasitəsi ilə bütün daxilim və eləcə də ürək müayinə olunub. 2 dəfə ATƏT nümayəndələri ilə, 3 dəfə təcridxana rəisi, bir neçə dəfə rəis müavinləri ilə görüşüb, ərizə və şikayətlərimi və hətta bəzi neqativ hallar barəsində də öz mövqeyimi bildirmişəm. Hansı ki, əksər neqativ hallar dustaqların sayəsində baş verir.
Mən bunları xırdalamaq istəməzdim. 11-ci kalondan bir nəfər bizimlə bir maşında Apelyasiya məhkəməsinə gedəndə onunla bəzi məsələləri bilmək, kalondakı duruma aydınlıq gətirməsinə çalışdım. Nəticə belə oldu ki, 11-ci kalonun rəisi işğal olunmuş rayonlardan birindən olmaqla çox ciddi şəxsdir. Öz işçilərinə də məhbuslara da həmçinin qanun qaydaya ciddi əməl olunmasını tələb edən, daxili qanunu pozan istər məmur və ya dustaq qanunla cəzalandırılır. Korpuslar yeni və səliqəli kameralar mövcuddur. Hamam, çayxana, məscid, yeməkxana, stadion, televizor, telefon və ayda bir dəfə qısa, 6 ayda bir dəfə uzun müddətli görüş verilir. Heç bir bürokratiya filan yoxdur. Bəli məlum məsələdir ki, 17-ci kalon barəsində bunu demək olmaz. Lakin əgər Eynulla müəllimin müdaxiləsindən sonra donuz saxlanan yer ləğv olunur və eləcə də həmin kalonun rəisi işdən uzaqlaşdırılırsa, on da kor-kor gör-gördürdə. Bu gün nə ki, hüquq müdafiəçiləri, həm də hər bir məhbus daxili qanun qaydaya əməl etməklə, digərlərindən də bunu tələb etməlidir, ən azından öz hüququnu müdafiə etməyi bacarmalıdır. Nə ki, kiməsə 1-2 manat verib hansısa qanunu pozmalı və ya 200-300 manat verib kalon dəyişməsi aparmalı və ya da xidməti vaxtı sovqatı məhbusa ayıranda “siçan” olmalıdır. Bəli Quran deyir ki, rüşvə verən və alan günahkardır. Deməli birinci verən çox məsuliyyət daşıyır öz vicdanı qarşısında və eləcə də ən əsası Allah hüzurunda. Bir də Kürdəxanı təcridxanasında həlli vacib olan məsələ görüşlə bağlıdır. Belə ki, hər hansı məhbus əvvəl müstəntiqin və ya prokurorun qərarından, Məhkəmə prosesi zamanı da hakimdən, məhkəmə sədrindən asılı durumda olur görüşlə bağlı. Hansı ki, yuxarıda hallandırılan məmur və hakimlər öz keyiflərinin bəyidirlər. Kiməsə istəsələr görüş verərlər, kiməsə verməzlər. Mən bu 1 ildə bircə dəfə istintaq qurtaran ərəfədə oğlumla, bircə dəfədə bütün ailə üzvlərimlə iş veriləndən sonra cəmi 30 dəqiqəlik qısa müddətli görüş ala bilmişəm. Hansı ki, hər ay qısa müddətli və ildə iki dəfə uzun müddətli görüş ala bilmək hüququmuz var. Fikir verin ala bilmək, daha almaq yox. Bunu da rüşvə üçün belə tərtib ediblər. Yəni görüş verməli olan məmur istəsə verər, istəsə bəhanə gətirib verməz...
Mən bir hadisəni burda qeyd etmək istərdim. Belə ki, dekabrın 7-də Apellyasiya məhkəməsinə gedirdik. Bu vaxt yoxlama korpusunda təmir işləri gedirdi deyə, dərhal yoxlamadan çıxıb, başqa binadakı zala apardılar bizi. Ora çox səliqə səhmanlı idi. Saat 08:00-dan 10:00-a qədər təxminən 50-60 məhbus bu zalda olduq, bizim məhkəməmiz saat 15:00-da olduğundan, əvvəl səhər məhkəməsi olanları yola saldılar, təxminən 10:30-da zalda biz 5 nəfər və 3-4 nəfər də başqaları qalmışdıq. Mən zala fikir verdim, o qədər siqaret çəkilib yerə tullamışdılar ki, elə bil bir dviziya 5-10 gün bu zalda qapalı qalıb. Və eləcə də təzə rənglənmiş divarın ayaq çata bilən hissəsində (özü də bir neçə yerdə) ayaqqabı altı ilə elə ləkə qoymuşdular ki, bura hökmən təzədən rənglənməli və təmir olunmalı hala düşmüşdü. Atalar demişkən “it itdiyi ilə oturan yerini təmiz saxlayır”. Burda təkcə onu edən yox, bunu görüb susan da günahkardır. Bax islam bunu təbliğ edir: Günah etmə, başqalarını da günahdan çəkindir. Yaxşı işlər gör, digərlərini də buna təşviq elə.
Bəli hörmətli və qiymətli əzizlərim! Bizi heyvandan ayıran instink deyil, bəlkə ağlımızdır, vicdanımızdır və ədalətli olmağımızdır. Biz yaradanı dərk etməyə məhkumuq. Bax bizi insani keyfiyyətlərə yiyələnməyə, kəmalətə doğru irəliləməyə fikir və düşüncə apara bilər. Bizi yaradan bunu bizdən tələb edir. Alimlə nadan, bilənlə bilməyən, görənlə görməyən və ..... bir deyil. Bir də ki, nə əkərsən onu biçərsən. Əgər böhtan çirkab səpsən bumeranq kimi öz üstünə, başına töküləcək. Burda da Eynulla Fətullayev haqqı gizlədə bilməz. Nə ki, bəzi üzdən iraq yazarlar kimi İslam dinini, İsaçı və Musəvi təəssübkeşlərinin təhrif olunmuş incil və tövratı ilə xristianlığı və yəhudiliyi din bilib “qarışıq” salmaq, həqiqi İsai Ruhullanın və Musai Kəlimullanın dini elə islam, təslim olan müsəlman dini olub ki, Allah-təala Adəmdən ta Xatəmül Ənbiyaya kimi yaratdığı bəşərə bir yol, bir qanun, bir təriqət, bir din təlqin etməyi əmr etmişdir. Bu gün hansısa yazar tarixi sənədlərdən özünə sərf edən bir cümləni gündəmə gətirməklə və ya hansısa mürtədin və ya dinsizin islamı inkar etdiyini dəlil gətirməklə Pənah Hüseynin “sələflərindən çox-çox irəli getmişlər” fikri yerinə düşür. “Mən dindaram, Ruhani deyiləm. Lakin İlqar İbrahimoğlu alim və çox ədalətli ruhanidir. O sizin kimi başı pozuqlara baş qoşmayıbsa, belə bilirəm mən də burda saxlasam yaxşıdır. Yox əgər sizin cavabınızı veribsə, onda mənim söylədiklərim həm zəif və həm də əbəsdir. Nə əkərsən onu da biçərsən. Yazıq o kəsə ki, bu dünyasını abad görmək üçün cilddən-cildə, rəngdən-rəngə, hətta Allahın dinindən də çıxmağa razılaşır, lakin sonda həm dünyası əldən gedir, həm də axirət əbədi mənzilini xaraba qoyduğundan cəhənnəm atəşini qazanır.”
Eynulla Fətullayev həmin bəhs etdiyimiz yazıda İsa Qəmbərdən sitat gətirir:-“Azərbaycanda şəxsləri müzakirə edirlər. Azərbaycanın ictimai-siyasi fikrinin ən böyük problemi budur. Şəxsləri deyil ideyaları müzakirə etmək lazımdır. Bu yazımda bir məsələyə də toxunmaq istərdim. Bizim gözəl behişt mənzərəli Azərbaycanımızın əhalisi ayrı-ayrı millətlərdən və eləcə də din və təriqəttlərdən mənşə alıb, təşkil tapıb. Mən şəxsən ata-babam, ana-nənəm, dayı-əmim, xala və bibilərimdən bu çoxmillətli Azərbaycanımızın millətlərə bölünüb hallandırılmasına, təriqəttlərə ayırıb qınanılmasına heç bir vaxt rast gəlməmişəm. Eşitdiyim bu olub ki, “pis millət yoxdur, pisdən-pis Allah-təalanın lənətlədiyi, heyvandan aşağı fərd ola bilər. Övladlarım təriqət təəssübkeşliyi-ayrı seçkiliyi, şiə sünni məsələsini qabartmayın. Bunlar düşmən hiyləsidir”... Hansı ki, Peyğəmbər (ə.s)-ın buyurduğu kimi; - “sizə iki əmanətə xəyanət etməməyi tapşırıram, biri Qurani-Kərim o biri isə Əhli-beytimdir ki, bu ikisi ilə Kövsərdə sizinlə görüşəcəyəm, bunları tərk etməyin, bunlardan önə keçməyin” lakin əxlaqı isə; -“həmişə dost sevdası edin, düşməni də dosta çevirin”. Burda Allahın düşmənindən deyil, fərdi, şəxsi düşməndən və ya sələflərinin yanlış təbliğ etdiyi dini inanclılardan, təriqət yiyələrindən söhbət gedir. Mən özüm 14 məsuma qailən Əli Şiəsiyəm, Cəfəri təriqətliyəm, həyat yoldaşım və ata-anaları, baba nənələri Şafei yəni sünnidirlər. Lakin rayonda bəlkə də şafeilər mənə çox ehtiram göstərirlər nə ki, şiələr. Bilirsiniz niyə, çünki əcdadlarımız Peyğəmbər əxlaqını, Əli və övladlarının imamətini elmini qəbul edib, bütün insanları bir-ata ananın övladları bilmişlər. Adəm və Şivs, Nuh və lut, İbrahim və İsmayıl, İsaak və Davud, Süleyman və Yunis, Yaqub və Yusif, İdris və Zəkəriyyə, Musa və İsa və sonda Xatəmül Ənbiya Muhəmməd Peyğəmbər əleyhi səlamlar, bir din bir təriqət yiyəsi olublar. Necə ki, Allah-təala Qurani-Kərimdə buyurub, “sizdən qabaqkılara nazil etdiklərimiz, sühuh və kitabların (Zəbur, İncil və Tövrat) hifzini insanlara tapşırdıq, onlar ona əl gəzdirib, təkzib etdilər. Quranın hifzi isə özümdədir”. Və eləcə də əl toxunulmayan həmin Quranda Allah-təala buyurur “Mən sizdən qabaqkılara da, sizə də, bir din, hənif dini olan islama tapınmağı əmr etmişəm və sizi də qiyamət günündə bu kitabla məhşərdə dindirəcəyəm hesab kitab alacağam”. Odur ki, qərbin azmış Adəm övladlarını düz yola dəvət etmək də, dərk edənlərin, alim üləmaların, Ruhani dindarların, Ziyalıların lap elə politoloqların boynunadır. Hansı ki, özünü ziyalı sayan, ziyanlı həşəratları demirəm. “Müsavat” qəzetinin 01 saylı 05 yanvar tarixli 5-ci səhifədə Elşad Məmmədlinin qələmə aldığı 54 nəfər Rafiq Tağının qatilini “tapdı” başlıqlı yazıda ( baxmayaraq ki, 54 nəfərin imzası ilə Beynəlxalq Təşkilatlara ünvanlanmış bəyanata bir neçə imza atanların təkzib etməsi bir başqa mövzuya aiddir) Allah-təalanın nurunu söndürməyə cəhd edən bir yığın dinsiz, imansıza yaxşıca cavab verilib. Firudin Cəlilovun, Fuad Qəhrəmanlının, Elnur Məcidlinin, Pənah Hüseynin bu bəyənata münasibəti də çox maraq doğurur ki, bu biqələmunlar hələ çox da dini savadı olmayanların lakin, islami dəyərləri qoruyub saxlayan, milli mentalitetini dünyəvilikdən üstün tutanlar əsil Ziyalı və qələmə alan Etibar Seyidağa həm Azərbaycan xalqının qəlbində, həm də dünyada öz imzalarını qoydular.
İslam dini zorakılıq, təhdid, işğalçılıq dini yox, ədalət, vəhdət, tohid, nübuvvət, imamət dinidir. Və Rəhmətullahi və bərəkatuh!
Axundzadə Ruhullah Höccətullah oğlu