İsrailin ''Yerusəlim Post'' qəzeti öz son nömrələrindəki bir məqalədə erməni soyqırımını inkar edənlərin dəlillərini mənasız adlandırdı
g/arannews
"Arannews"in məlumatına əsasən, yəhudi hüquqşünas Rafael Lemkin ilk dəfə olaraq "soyqırım" terminini bu qəzetdə işlədib və ermənilərin öldürülməsini bir millət əleyhinə real siyasət adlandırıb.
O, bu məqalədə soyqırımın dəlillərinin hamıya məlum olmasını və osmanlı Türkiyəsi hökuməti tərəfindən 1 milyon yarım erməni öldürülməsini vurğulayıb.
Onun deməyinə görə İsrail öz mənafelərinə və Türkiyə ilə əməkdaşlığına əsasən, indiyə kimi erməni soyqırımını rəsmi surətdə tanımamışdır.
Bu açıqlama İsrail parlamentinin 1915-ci ildə osmanlı türkləri tərəfindən ermənilərin öldürülməsini qətlam ünvanı ilə öz layihəsi çərçivəsində araşdırması ərəfəsindədir.
Ona görə də ekspertlərin nəzərinə əsasən, sionist rejimin və Avropa ölkələrinin birlikdə atdığı bu addım tarixi hadisəni araşdırmaq yox, həqiqətdə Türkiyənin islamçı dövlətinə təzyiqləri artırmaq üçündür.
Bazar ertəsi günü Fransa senatı erməni soyqırımını inkar edənləri cəzalandırma qərarı qəbul etdi və bu Türkiyə dövlətinin bərk reaksiyası ilə qarşılaşdı.
Siyasi ekspertlərin çoxu bu əqidədədir ki, Avropa və sionist rejimi Türkiyə dövlətinə təzyiqləri artırmaq üçün kiçik ölkə olan Ermənistndan dəstavüz kimi istifadə etməyə çalışırlar.