Tarix : 2012 Jan 27
Kod 28223

''Eurovision-2012''nin rəmzi açarı Bakı şəhərinə təqdim edildi

Azəri ekspertlər Eurovisionun Bakı şəhərində keçirilməsində əsas məqsədin müsəlman ölkəsi olan Azərbaycanda əxlaqsızlığın daha çox artırılması olduğunu bildirirlər
g/arannews

"Arannews"in azəri mediasına istinadla verdiyi məlumatına əsasən, çərşənbə günü Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision-2012"müsabiqəsinin rəmzi açarını Azərbaycan Respublikasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edib."Eurovision-2012""Öz məşəlini alovlandır" şüarı altında 2012-ci ilin may ayında keçiriləcək.

Mahnı müsabiqəsi adlandırlan "Eurovision-2012"həqiqətdə əxlaqsızlığı təşviq festivalıdır və mahnı müsabiqəsi adlandırılması müsabiqəyə sahiblik edən ölkə xalqlarının bu məsələyə həssaslığını azaltmaq məqsədi daşıyır.

Qey-paradın keçirilməsi, mədəniyyətsizlik mədəniyyətinin tərvici, əxlaqsızlığı artırmaq və bu qəbildən olan addımlar Eurovisionmüsabiqəsinin meyarlarıdır. Ona görə də bu müsabiqənin Bakıda keçirilməsi dindarlardan əlavə, Azərbaycan xalqının hamısını narahat edir.

 

  

  • Yazılıb
  • da (də) 2012 Jan 27