Tarix : 2012 Jan 27
Kod 28224

İlham Əliyevin Şimon Preslə görüşmək həvəsi

Görüşdə Azərbaycan Respublikası ilə sionist rejim arasında ikitərəfli münasibətlər, iqtisadi, elmi tədqiqatlar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi
g/arannews

"Arannews"in AzərTaca istinadla verdiyi məlumatına əsasən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə səfər etmişdir. Davos şəhərində olduğu birinci gün sionist rejimin başçısı Şimon Preslə görüşərək fikir mübadiləsi aparmıdır.

Görüşdə Azərbaycan Respublikası ilə sionist rejim arasında ikitərəfli münasibətlər, iqtisadi, elmi tədqiqatlar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi. 

Bu görüşün baş tutması elə bir şəraitdədir ki, Şimon Presin iki il bundan öncə Azərbaycan Respublikasına səfərindən sonra Bakı dövlətinin anti-İslam və anti-İran siyasətləri güclənib. Ekspertlərin etiqadına əsasən, İlham Əliyvin Davosa daxil olduğu ilk saatda Şimon Preslə görüşmək həvəsi anti-İslam addımlarını, o cümlədən hicab qadağasını və islamçı fəalların həbsini raport vermək üçün olubdur.

Qeyd edək ki, sionist rejimin Azərbaycan Respublikasından ən önəmli istifadəsi İranda etnik ixtilaflar yaratmaqdır. İsrailli kapitalistlər tərəfindən Araz çayı ətrafında çoxlu torpaqlar alınmışdır və alınan məlumatlara əsasən, bu ərazilərdə güclü casus və terrorçu şəbəkələr fəaliyyət göstərirlər.  

  • Yazılıb
  • da (də) 2012 Jan 27