Tarix : 2012 Jan 28
Kod 28243

Seyid Həsənin əziz xatirəsinə

Qəfil zəng çalınır, qəfil… Deyirlər ki Seyid Həsən
/Aran agentliyi

 

Qəfil zəng çalınır, qəfil… Deyirlər ki Seyid Həsən

Qəfil zəng çalınır, qəfil

Deyirlər ki Seyid Həsən

vidalaşıb dünya ilə.

Bircə dəfə görüşmüşdük,

nədən üzüldüm bir belə?

Əba, əmmaməsi qara,

qəlbi nurla dolu o dost,

Xəstəlikdən, ağrılardan

daim xarab hallı o dost

nədən belə yadda qalıb?

Dünən Seyid Həsən vardı,

bu gün quru addı qalıb!..

Min il ömür sürək, qara

xəbər var hər birimizdən,

Dünyaya car çəkəcəklər

tərpətməmiş yerimizdən.

Nə var Seyid, oralarda,

kimlər gəlib görüşünə?

Rahat ol, dünyada qaldı

söz qoşanlar yerişinə

  • Yazılıb
  • da (də) 2012 Jan 28