İranın nüvə alimlərinin terrorunun siyasi , hüquqi və təbliğat üzrə mənfi nəticələrindən ciddi şəkildə nigaran olan sionist rejim bu mənfi təsirləri azaltmasına ...
/Aran agentliyi
İranın nüvə alimlərinin terrorunun siyasi , hüquqi və təbliğat üzrə mənfi nəticələrindən ciddi şəkildə nigaran olan sionist rejim bu mənfi təsirləri azaltmasına görə rəsmi Bakıya təşəkkürünü bildirib.
İranın nüvə alimlərinin terror edilməsinə görə İsrailə qarşı tənqidlərin artması ilə bir vaxtda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi gülünc bir ssenari hazırlayıb, nümayiş etdirərək , İran tərəfindən Sionist rejimin Bakıdakı səfirini terror etmək üzrə missiyaya malik olan iki nəfəri həbs etdiyini iddia etdi.
İranın nüvə alimlərinin terroru ilə bağlı təbliğatın mənfi təsirlərini azaltmaq üzrə Azərbaycan Respublikasının bu "xoş-xidməti" dərhal Sionist rejimin təşəkkür bildirməsi ilə üzləşib.
Sionist rejimin Prezident Aparatının Mətbuat Xidmətinin sözçüsü deyib: Şimon Peres İsveçrədə Davos İqtisad Forumu kənarında Azərbaycan Respublikası prezidenti İlham Əliyevlə görüşü zamanı İlham Əliyevin xidmətlərinə görə öz təşəkkürünü bildirib.
Bu görüş də Azərbaycan Respublikası prezidenti də deyib: Rəsmi Bakı sübut edib ki, həm öz xalqını ,həm də digər etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikası bütün sakinləri müdafiə etməyə qadirdir.
Azərbaycan Respublikası prezidenti həmçinin deyib: Azərbaycan Respublikası özünün bütün sahələrdə, o cümlədən təhlükəsizlik məsələlərində sionist rejimlə əməkdaşlıqlarını davam etdirmək istəyir.
Son günlər ərzində Azərbaycan Respublikasının bütün telekanalları əsassız bir film yayımlayaraq bu ölkənin milli təhlükəsizlik nazirliyinin İran tərəfindən Azərbaycan Respublikasında terror həyata keçirmək niyyətində olan iki nəfəri həbs edibdir.
Azərbaycan Respublikasının İrana qarşı son iddiası , son aylar ərzində terrorçu Münafiqlər , PKK və Pjak qruplaşmasının fəaliyyətləri üzrə geniş cəhətlərin ifşa edilməsi ,habelə rəsmi Bakının terrorçu münafiqlər qruplaşması üzvlərinin bir qrupunun Əşrəf bazasından Azərbaycan Respublikasına köçürülməsi üçün hazırlıq bildirməsi, bundan sonda isə mediaların Azərbaycan Respublikasının terrorizmin yuvasına çevrilməsini elan etməsindən sonra irəli sürülür.
Agah müşahidəçilər iranlı nüvə alimi doktor Əliməhəmmədini terror edən Mossad amili Məcid Camalı Fəşinin Bakıdan Təl-Əvivə təkrar səfərlər etməsi üzrə etiraflarına işarə edərək rəsmi Bakının son iddiasının , İranın nüvə alimlərinin terror edilməsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Mossadla ehtimal olunan əməkdaşlıqları haqda ümumi fikri yayındırmaq üçün bir növ "qabaqdan-gəlmişdik" olduğuna inanırlar.
İki nəfərin həbs edilməsi üzrə gülünc filmin nümayiş etdirilməsi elə bir haldadır ki, onlardan biri olan Rasim Əliyevin anası Amerikanın Azadıq radiosu ilə müsahibədə övladına qarşı irəli sürülmüş ittihamların tam şəkildə yalan olduğunu bildirib.
Deyilənlərə görə, həbsi edənlərin biri uzun cinayət keçmişinə malik bir şəxsdir ki, həbs edilməmək üçün Azərbaycan Respublikasının Milli Təhlükəsizlik nazirliyinin filmində rol oynamağa hazır olub.
MKİ-nin İranın sözdə Ərəbistanın Vaşinqtondakı səfirini terror etməyə səy göstərmək üzrə ssenarisinin Bakı versiyası olan bu gülünc filmin yayımlanması Azərbaycan Respublikası alimləri və ziyalılarının reaksiyası ilə üzləşib və bu hərəkəti , qərbin İrana qarşı təzyiqlərinin şiddətlənməsi ilə eyni zamanda Qərb və Sionist rejimə "xoş-xidmət" adlandırıblar.
Son illər ərzində Azərbaycan Respublikası özünün bütün cəhətlərdə sionist rejimə əməkdaşlıqlarını artırmaqla çalışıbdır ki, İranı bu ölkənin düşməni kimi təqdim etsin.
Elə bu istiqamətdə Azərbaycan Respublikası prezidentinin Qarabağ sülh müzakirələri bəhanəsi ilə Ermənistan prezidenti ilə xizək sürdüyü bir halda Azərbaycan Respublikasının bəzi dairələri İranı Ermənistanı himayə etməkdə ittiham edirlər.
Bu elə bir haldadır ki, Azərbaycan Respublikası ilə Ermənistan arasındakı əməkdaşlıqların ən son cilvəsində Azərbaycan Respublikasının "əzəmətli" ev sahibliyi ilə gələn may ayında Bakıda "Avrovizion" bayağı mahnı müsabiqəsində Ermənistanı təmsil edəcək musiqi qrupunun Qarabağın ermənilərə aid olması haqda mahnılar oxuması qərara alınıb.
İranın Azərbaycan Respublikasına strateji yardımlarına ,o cümlədən bu ölkənin Naxçıvanın Azərbaycan Respublikasının əsas hissəsi ilə əlaqə yolunu ixtiyarına verməsinə rəğmən Azərbaycan Respublikasının İrana qarşı mənfi təbliğatları və kinli hərəkətlərinin dərinliyi o qədərdir ki, məlum ünsürlərin bir qrupu 24 yanvarda Bakıda Paris səfirliyi qarşısında Fransa senatında ermənilərin soyqırımını inkar edənlərin cəzalandırılması məsələsinə etiraz etdikləri zaman Fransa prezidentinin yerinə , İran prezidentinin şəklini cırdılar?!