Tarix : 2012 Jan 28
Kod 28246

Ermənilər Bakıda mahnı oxuyacaqlar

Ermənistan Bakıda keçiriləcək ''Eurovision -2101'' mahnı müsabiqəsində iştirak edəcək
/Aran agentliyi

 

Ermənistan Bakıda keçiriləcək "Eurovision -2101" mahnı müsabiqəsində iştirak edəcək.

APA-nın xəbərinə görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında "Eurovision" mahnı müsabiqəsinin icraçısı Yan Ola San deyib.

"Eurovision" mahnı müsabiqəsinin icraçısı bildirib ki, digər ölkələr kimi, Ermənistanın da müsabiqədə iştirakına təhlükəsizlik baxımından zəmanət veriləcək.

O vurğulayıb : "Mən əmin edirəm ki, Ermənistan müsabiqədə iştirak edəcək. Biz onlarla mütəmadi olaraq əlaqə saxlayırıq. Ermənistanda müsabiqəyə hazırlıqlar gedir."

"Eurovision" mahnı müsabiqəsi çərçivəsində Bakıda "gey-parad" isə planlaşdırılıb ki, bununla bağlı Bakıda gərginliyin yaranması ehtimal olunur.

  • Yazılıb
  • da (də) 2012 Jan 28