Tarix : 2012 Jan 28
Kod 28251

''Erməni soyqırımı''nın olması İsraildə də təsdiqləndi

Rafael Lemkin: “Osmanlı Türkiyəsi hökuməti tərəfindən 1 milyon yarım erməni öldürülməsi danılmaz bir həqiqətdir”
/Aran agentliyi

İşğalçı İsrailin ''Yerusəlim Post'' qəzeti öz son sayındakı məqalədə erməni soyqırımını inkar edənlərin dəlillərini mənasız adlandırıb.

Sionist hüquqşünas Rafael Lemkin ilk dəfə olaraq "soyqırım" terminini bu qəzetdə işlədib və ermənilərin öldürülməsini bir millət əleyhinə real siyasət adlandırıb.

O, bu məqalədə soyqırımın dəlillərinin hamıya məlum olmasını və Osmanlı Türkiyəsi hökuməti tərəfindən 1 milyon yarım erməni öldürülməsini vurğulayıb.

Onun dediyinə görə, İsrail sadəcə öz mənafelərinə və Türkiyə ilə əməkdaşlığına əsasən, indiyə kimi erməni soyqırımını rəsmi surətdə tanımamışdır.

Qeyd edək ki, İsrail parlamenti 1915-ci ildəki hadisələri "Osmanlı türkləri tərəfindən ermənilərin soyqırım" ünvanı ilə öz layihəsi çərçivəsində araşdırma ərəfəsindədir.

Əhli Beyt –ABNA

 

  • Yazılıb
  • da (də) 2012 Jan 28