Sərhədsiz Müxbirlər Təşkilatı dünyanın 179 ölkəsi arasında mətbuat azadlıqlarını məhdudlaşdıran ölkələr siyahısını yayımlayıb
/Aran agentliyi
Sərhədsiz Müxbirlər Təşkilatı dünyanın 179 ölkəsi arasında mətbuat azadlıqlarını məhdudlaşdıran ölkələr siyahısını yayımlayıb.
Qeyd edilən təşkilatın mətbuat azadlıqları vəziyyəti ilə bağlı yayımlad
ığı siyahıda Az. R. 162-ci yerdə yerləşib və bu ölkənin yeri 2010-cu illə müqayisədə daha 10 ölkədən sonra yerləşib. Bu ölkələrdə medialar hökumət tərəfindən hücumlara məruz qalırlar.
Sərhədsiz Müxbirlər Təşkilatının nümayəndəsi, Turan Xəbər Agentliyi ilə müsahibədə bu məsələnin səbəbini Rafiq Tağının qətli macərası, gənc bloqerləri və müxbirləri döymək və həbs etmək ilə əlaqədə olduğunu bildirərək deyib: Bu amillər Az. R. hakimiyyətinin bu ölkədəki media nümayəndələri və mənsubları ilə rəftarının bariz nümunəsi kimi qiymətləndirilir.