Az. R-nın Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr şöbəsinin başçısı bu nazirliyin İran səfirliyinin bəyanatına reaksiya olaraq deyib
/Aran agentliyi
Az. R-nın Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr şöbəsinin başçısı bu nazirliyin İran səfirliyinin bəyanatına reaksiya olaraq deyib:
Az. R-nın təhlükəsizlik məmurları hələ də bu ölkədə xarici vətəndaşların terror əməliyyatı planının detalları haqda araşdırma aparmaqdadırlar.
Media forumun verdiyi məlumata əsasən Az. R-nin Milli Təhlükəsizlik Nazirliyinin-nin ictimai əlaqələr şöbəsinin başçısı daha artıq izahat verməkdən çəkinib, müxbirlərin çoxlu suallarına cavab verməkdən yayınmaq məqsədi ilə deyib: Səfirliklərin bəyanatlarına cavab vermək Az. R. Milli Təhlükəsizlik Nazirliyinin vəzifələri və ixtiyarları hüdudlarından xaricdir.
Az. R-nin MTN-nin bu rəsmisinin sözdə xarici vətəndaşların terroru planının detallarının araşdırılmasının davam etməsi haqdakı etirazı göstərir ki, Az. R-nin MTN-i tam şəkildə araşdırma aparmadan və tələskən bir hərəkətdə İrana qarşı son ittihamları irəli sürüblər. Son günlərdə Az. R-da həbs edilmiş bir terrorçu qrupunun İİR-nin təhlükəsizlik qurumları ilə əlaqəsi haqda bir xəbər yayımlandı ki, bu xəbərin yayılmasının ardınca İİR-nin Bakıdakı səfirliyi bu mövzunu təkzib edib, rəsmi Tehranın rəsmi Bakını hərtərəfli formada himayə etməsinə toxunaraq belə elan etdi: Tam açıq şəkildə məlumdur ki, son ssenari Sionist rejimə bağlı olan qüvvələr tərəfindən İİR-nin nüvə alimlərinin terrorunu ört-basdır etmək istiqamətində olubdur. Bu bəyanatda həmçinin belə bildirilmişdir: Az. R-nın şərafətli xalqı sionistlər və amerikanların İranla Az. R. əlaqələrinə qarşı həyata keçirilən müxtəlif fitnəkar planlarından yaxşı şəkildə agahdırlar və şübhəsiz bu cür ssenariləri Qərbin islamofobiya və İranofobiya siyasəti çərçivəsində dəyərləndirirlər və iki ölkə prezidentinin əlaqələrin genişləndirilməsinə olan iradəsinə görə, bu cür hərəkətlər İranla Az. R-dakı strateji əlaqələrə xələl vura bilməz.