Tarix : 2012 Jan 29
Kod 28265

Qarabağın işğalında iştirak etmiş bir dəstə erməni hərbçisi medalla mükafatlandırılıb

in Ermənistanın Prezident Administrasiyasının mətbuat xidmətinə istinadla verdiyi xəbərə əsasən, bu medalların hərbçilərə təqdim edilmə mərasimi Prezident Administrasiyasın sarayında keçirildi
/Aran agentliyi

Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Ermənistan Respublikası Ordusunun 20 illiyi münasibətilə ER-sı silahlı qüvvələri və Qarabağ müharibəsi iştirakçılarından bir dəstəsi Ermənistan ordusunun təşkili və gücləndirilməsində yüksək fəaliyyətləri, habelə vətəni müdafiələrinə görə! medal və xüsusi hədiyyələrlə makafatlandırılıb.

"Arannews"in Ermənistanın Prezident Administrasiyasının mətbuat xidmətinə istinadla verdiyi xəbərə əsasən, bu medalların hərbçilərə təqdim edilmə mərasimi Prezident Administrasiyasın sarayında keçirildi.

Qarabağ müharibəsində iştirak etmiş erməni hərbçilərinə medal verildiyi bir halda Azərbaycan Respublikası "Eurovision-2012" mahnı müsabiqəsi keçirmək hal-havasındadır və bu müsabiqəyə erməni müğənnilər də qatılacaq.

Bu məlumata əsasən, AzərbaycanٍErmənistan tərəfin "Eurovision-2012" müsabiqəsində iştirakına təhlükəsizlik baxımından zəmanət verib.

Haqyolu saytının verdiyi məlumata görə, "Eurovision 2012″ müsabiqəsi ilə əlaqədar keçirilən mətbuat konfransında “Eurovision 2012″-nin işçi qrupunun rəhbəri Adil Kərimli deyib ki, Azərbaycana gələcək hər bir iştirakçının, o cümlədən Ermənistanın da müsabiqədə iştirakına təhlükəsizlik baxımından zəmanət veriləcək.

Dağlıq Qarabağ, Azərbaycan Respublikası torpaqlarının 20 faizini təşkil edir. Atəşkəs qəbul edildiyi zamandan bəri hər iki tərəf ondan prezident seçkilərində bir vasitə kimi istifadə edir. Bundan əlavə, Qarabağ mövzusu sionist rejimi və ABŞ-la hərbi əlaqələrin genişləndirilməsi, həmçinin erməni tərəflə Qarabağla bağlı Astarxan, Soçi və s. kimi görüşlərə səfərin bəhanəsi olmuşdur. Ələbttə, müzakirələrin mahiyyəti gözlənildiyindən fərqli olmuşdur. Belə ki, İlham Əliyev və  Serj Sarkisyan arasında xizək sürmə, şahmat və qumar oyunları bu müzakirələrin əsas və mühüm nəticələrindən olmuşdur.

İranın Azərbaycan Respublikasını dəstəkləməsi addımlarına, o cümlədən Tehranın Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsi, Qarabağ müharibəsində Bakıya hərbi yardım etməsi, Naxçıvanı Azərbaycanla birləşdirən yolun onun ixtiyarında qoyulmasına baxmayaraq, sionist rejimdən əlavə, İran əleyhinə olan separatçılar və münafiqlər AR-da fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası ölkə xalqının müxalifətinə baxmayaraq sionist rejimlə əlaqələri davam etdirir. Halbuki, İsrail sionist rejimi və erməni lobbilərinin təsiri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımaqdan çəkinir.

  • Yazılıb
  • da (də) 2012 Jan 29