Tarix : 2012 Jan 30
Kod 28282

Azərbaycan, Azərbaycan, Azərbaycan …

Bir zamanlar var idi ki, Azərbaycan öz mərd oğulları və iffətli qadınları ilə dünyada şöhrət tapmışdı
/Aran agentliyi

Bu ölkənin xalqı öz mədəniyyəti, dindarlığı ilə dünyaya meydan oxuyurdu. Çox savadlı ziyalılarımız, elmi işçilərimiz, mərd generallarımız və namuslu həkimlərimiz dünya tribunalarında öz sözlərini demiş və böyük nailiyyət qazanmışdılar.

İndi isə bizi dünyada tanıtmaq üçün yeni vasitələr icad ediblər. Bu qərbin bizə diktə etdiyi pozğunluqlar, insani keyfiyyətlərin itirilməsi nəticəsində elə bir günə qalmışıq ki, kənar millətlər bizə dünyada tanınmağı öyrədirlər.

Biz gərək mütləq avroviziya müsabiqəsini keçirək ki, dünyada tanınaq, yoxsa heç kəs bizi tanımayacaq. Lap müsibət olacaq. Görəsən bizim dünyada tanınmağımız üçün mütləq əxlaqsızlığa yuvarlanmağımızmı lazımdır? Başqa variantımız yoxdurmu? Yoxsa geylərin paradı olmasa bizim üzüyümüzün qaşımı düşəcək? Görün bu milləti nə günə qoyublar ki, bütün bunların müqabilində susur. Bir iki nəfər öz etirazını bildirsə də avroviziya səhnəsi tikilməkdə davam edir və onun açarını da bizim hörmətli merimizə təqdim etdilər. Camaat da çox heyranlıqla bu şounu televizordan izləyir. Hicabın qadağan olunmasından bu günə kimi etiraz edənlər içəridədir. Bu zindanda yatanlara millət çox laqeyd yanaşır. Bir vaxt bu millət ayılacaq ki, həqiqətən bu qardaşlarımız onların dini, milli azadlıqlarına görə zindan həyatı yaşayırlar. Bütün millət bu əziz qardaşlarımıza borcludur. Namusu ayaqlar altına atılan, torpağının iyirmi faizi qəsb olunan, mədəniyyəti isə bütünlüklə dəyişdirilən bu millət nə vaxt ayılacaq?

PS. Azərbaycan! Necə gözəl səslənir! Yazıq Azərbaycan! Necə miskin səslənir!

Fərhad Mirzə. /İslamazeri.az/

  • Yazılıb
  • da (də) 2012 Jan 30