Tarix : 2012 Jan 30
Kod 28285

İlahiyyatçı Hacı Tale Bağırovun Apellyasiya məhkəməsidir

Hal hazırda məhkəmə davam edir
/Aran agentliyi

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hicab məhbusları Hacı Tale Bağırov, Məmməd Əsgərov və Zaur İsgəndərovun şikayətlərinə baxılır.

İlahiyyatçı Hacı Tale Bağırovun vəkili Anar Qasımlı İslamazeri.az-a bildirib ki, Nəromanov Rayon Məhkəməsinin Tale Bağırov üçün çıxardığı 1 il 6 ay azadlıqdan məhrum etmə qərarı qanunsuz olduğuna görə və müvəkkilinin günahsız olmasının sübuta yetirdiyinə görə Bakı Apellyasiya Məhkəməsinin bəraət qərarı verməsi üçün müraciət etdib.

Vəkil Apellyasiya məhkəməsindən ədalətli qərarın verilib verilməməsinə isə belə münasibət bildirib: "Biz öz haqlarımızı əldə etmək üçün Avropa Məhkəməsinə qədər gedəcəyik".

Hal hazırda məhkəmə davam edir.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsi Hacı Tale Bağırova 1 il 6 ay və Məmməd Əsgərova 3 il azadlıqdan məhrum etmə qərarı vermişdi.

 

  • Yazılıb
  • da (də) 2012 Jan 30