Tarix : 2012 Jan 30
Kod 28289

Azərbaycan Respublikasının iranlı iş adamları və tələbələrə təzyiqi

İran-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Azərbaycan dövlətinin bu ölkədə yaşayan iranlı iş adamları və tələbələrə təzyiqinə işarə edərək...
/Aran agentliyi

İran-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Azərbaycan dövlətinin bu ölkədə yaşayan iranlı iş adamları və tələbələrə təzyiqinə işarə edərək, Azərbaycan tərəfini bu ölkədə yaşayan iranlıları öz siyasi məsələlərinə qatmaqda təqsirləndirdi.

İran-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mirqasim Mömini "Fars"a müsahibəsində İran İslam Respublikasının qonşuluq hislərinə və qonşu ölkələrlə, əsasən də Azərbaycan Respublikası ilə əlaqələrinin genişlədirilməsinə əsaslanan siyasətinə işarə edərək dedi: "İran rəsmilərinin konstruktiv əməkdaşlığına baxmayaraq, hələ də Azərbaycan dövlətinin rəsmi və qeyri-rəsmi orqanlarının bu ölkədə yaşayan iranlılarla xoşagəlməz rəftarının şahidiyik".

O artırdı: "İranlılar ötən illər ərzində Azərbaycanın iqtisadiyyat, əkinçilik, sənaye kimi önəmli və müxtəlif sahələrinə sərmayə qoyublar və bu üzdən də öz iqtisadi fəaliyyətlərini  bu ölkədə davam etdirməyə məcburdurlar. Təəssüf olsun ki, Azərbaycan Respublikası məsulları öz siyasətlərini həyata keçirmək üçün istehsal, kömrük və maliyyə kimi sahələrdə iranlı tacir və iş adamlarına təzyiqlər göstərir və onların siyasi məsələlərini izləməyi tələb edirlər. Bu da iki ölkə arasınakı konstruktiv əməkdaşlığın ziddinədir".

Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin sədribu ölkədə təhsil alan tələbələrdən çatan məlumatlara işarə edərək dedi: "Azərbaycanın əlaqəli məsulları tələbələrə təzyiq göstərərək, onları qeyri-elmi hədəflər xəttində olan mövzulara vadar edirlər və bu da bəzi tələbələrin etirazına səbəb olur".

Mömini, Azərbaycan Respublikasında Yaşayan İranlıları Himayə Cəmiyyətinin bu ölkədəki iranlıların etirazından ibarət olan ərizəsinin hazırlmaq, Xarici İşlər Nazirliyi və Tehranın Azərbaycan Respublikasındakı səfirliyi vasitəsilə lazımı addımlar atmaq niyyətində olmasını açıqlayaraq dedi: "Cəmiyyət, sənədlərin təkmilləşməsi və məlumatın verilməsi üçün bu ölkədə hüquqları tapdalanan bütün iranlıları www.iraz.org saytına müraciət edərək, bu barədəki məlumatlarını bizə yazmağa dəvət edir".

  • Yazılıb
  • da (də) 2012 Jan 30