İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem ''Azərbaycanda özümü çox rahat hiss edirəm'' deyib
well/Aran agentliyi
İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem "Azərbaycanda özümü çox rahat hiss edirəm" deyib.
Azərbaycanda özümü çox rahat hiss edirəm.
Bu sözləri Sionist İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bir sıra xarici ölkə vətəndaşlarına, İsrailin ictimai xadimlərinə qarşı hazırlanan terror aktlarının qarşısını alması ilə bağlı suala cavabında deyib.
O, səfirliyin terror təhlükəsi ilə əlaqədar gördüyü təhlükəsizlik tədbirləri haqda danışmayıb.
İkitərəfli münasibətlərdən danışan Sionist İsrailin səfiri əlaqələrin bütün sahələrdə əla səviyyədə olduğunu və inkişafın davam etdiyini söyləyib. Səfir iqtisadi və biznes sahəsində inkişaf gözlədiyini vurğulayıb: “Yaxın gələcəkdə Azərbaycanda İsrail və Azərbaycan şirkətlərinin iştirakı ilə yüngül sənaye müəssisələrini açılacağı gözlənilir. Bu proses yarım ilə qədər reallaşacaq”.