/Aran agentliyi
FaktXeber.com xəbər verir ki, bu gün Azərbaycanda, Qazıməmməd-Qazax magistral qaz kəmərində güclü partlayış baş verib.
Partlayış təqribən 11:15 radələrində magistral qaz kəmərinin 118-ci kilometrliyində Göyçay rayonunun Qarayazı kəndi ərazisində olub. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb.
Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 6 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğınsöndürənlər alovların kəndə keçməməsinə çalışırlar.