Tarix : 2012 Jan 31
Kod 28316

MTN İslamazeri.az-ın avadanlıqlarını qaytardı

Artıq bütün avadanlıqlar təhvil alınıb
/Aran agentliyi

Artıq bütün avadanlıqlar təhvil alınıb.

2011-ci il Avqust ayının 11-i İslamazeri.az İnternet Qəzetinin Baş redaktorunun həbs olunmasından sonra istintaq çərçivəsində avqustun 16-sı redaksiya bağlanılmış, avadanlıqları da Milli Təhlükəsizlik Nazirliyi tərəfindən götürülmüşdü.

Ötən ilin dekabr ayının əvvəli redaksiya geri qaytarılsa da, istintaq yekunlaşmadığından avadanlıqlar hələ də nazirlikdə saxlanılırdı.

Bu gün (31 yanvar) nazirlik götürdüyü komputerləri, noutbukları, kamera və foto aparatı, qəzetin sənədlərini, möhürləri və s. avadanlıqları geri qaytarmışdır.

Xatırladaq ki, artıq Ramin Bayramovunda istintaqı yekunlaşıb. Fevral ayında artıq məhkəmə başlamalıdır.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Jan 31