İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 1-ci Beynəlxalq Gənclər və İslami Oyanış Konfransı, konfransın yekun bəyanatının oxunması ilə öz işini başa vurub
/Aran agentliyi
Yanvarın 29-da İran və dünyanın 73 ölkəsindən olan 1200-dən çox gənc, mütəfəkkir və ziyalının iştirakı ilə Tehranda işə başlayan 1-ci Beynəlxalq Gənclər və İslami Oyanış Konfransı bazar ertəsi günü, yanvarın 30-da öz işini başa vurmuşdur.
Konfrans iştirakçıları, Gənclər və İslami Oyanış Konfransının yekun bəyanatında vurğuladılar ki, İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə İran İslam İnqilabı dünyada islami oyanışa və islami hərəkatların formalaşmasına habelə, islam təfəkkürünün genişlənməsinə səbəb olub.
Bu bəyanatda həmçinin, istiqlaliyyət, azadlıq, ədalət, insani kəramət, zülm və zorakılıq quruluşu qarşısında müqavimət, etnik, dini və məzhəbi ayrı-seçkiliklə müxalifət İslami Oyanış hərəkatının əsas xüsusiyyətləri elan olundu.
Konfransda iştirak edən inqilabçı gənclər İslami Oyanış hərəkatını İslam təlimlərindən mənşə alan bir fenomen adlandırıb və deyiblər: Dünya imperializmi və beynəlxalq sionizmin fitnələri, qarşısında ayıq olmaq və düşmənlərin siyasətlərini vaxtında müəyyənləşdirmək İslami Oyanış hərəkatının əsas prioritetlərindən sayılır.
Bu bəyanatda İslam Ümmətini zəiflədə biləcək bütün etnki və məzhəbi təfriqələr habelə, inqilabçılar arasında ixtilafa səbəb ola biləcək fitnələr haqda xəbərdarlıq edilib və bildirilib: Yaxşı olar ki, xalq, xüsusilə də gənclər fərqləri rəsmən qəbul edib və düzgün idarə etmək yolu ilə bu kimi fitnələrə və düşmənin tələlərinə düşməkdən çəkinsinlər, bir-birilərini ittiham etməkdən pəhriz etsinlər.
Konfrans iştirakçıları həmçinin Ümumdünya İslami Oyanış Assambleyasının gənclər iclasının davam etdirilməsinə təkid edərək, növbəti iclaslarda qadın iştirakçıların da geniş formada iştirak etmələrini vacib sayıblar. Virtual aləmdə İslam Dünyasına inqilabçı gənclər arasında əlaqələrin möhkəmləndirilməsi və gücləndirilməsi məqsədi ilə sosial saytın yaradılması və İslami Oyanış hərəkatı ilə bağlı xəbərlər və informasiyaların işıqlandırılması üçün müstəqil peyk kanalının yaradılması və ya mövcud televiziya kanallarından istifadənin edilməsi konfransın yekun bəyanatında irəli sürülən tələblərdən olmuşdur.