Tarix : 2012 Jan 31
Kod 28319

Erməni “Soyqırımı” iddiasında əsas tərəf kimdir?

Erməni “Soyqırımı” iddiasında əsas tərəf kimdir? Türkiyə yoxsa Azərbaycan Respublikası?
/Aran agentliyi

 

Erməni “Soyqırımı” iddiasında əsas tərəf kimdir? Türkiyə yoxsa Azərbaycan Respublikası? Onunla  bağlı  Fransada  qəbul olunmuş qanunun  nəticələrini  hansı ölkə boynuna  götürməli  olacaq?  Bu sualın cavabını nə Türkiyə nədə Azərbaycan Respublikası rəsmiləri  açıq  bəyan edə bilmir!!
Azərbaycan Respublikası hakim Partiyasında  yuxarı ranglı fonksionerlərdən olan deputat  Bahar Muradova Türkiyə-Fransa ixtilafına dair belə gileylənib ki,    nədənsə Azərbaycanın atdığı bu addımları Türkiyə mediası görmür, görmək istəmir. Bahar Muradova  bunu da vurğulayıb ki, ilk dəfə deyil belə olur. 
Yanvarın 30-da Milli Məclisdə keçirilən mətbuat konfransında Bahar Muradova bildirib ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Azərbaycana gəlib  və bütün görüşlərdə bəyan olunub ki, Azərbaycan bu məsələdə Türkiyənin yanındadır! Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi rəsmi bəyanat qəbul edib, Prezident Administrasiyasının şöbə müdirləri dövlətin mövqeyini əks etdirən açıqlamalar veriblər. Bütün bunlar Azərbaycan dövlətinin mövqeyini əks etdirir. Amma nədənsə Azərbaycanın atdığı bu addımları Türkiyə mediası görmür, görmək istəmir. Əvvəllər də bir neçə mühüm məsələdə Türkiyə mətbuatı belə mövqe tutub, Azərbaycanın gördüyü işlər haqda bir kəlmə də yazmayıb. Amma güman edirəm ki, bu, iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək. Azərbaycan və Türkiyə arasında olan mövqe və iş birliyi bəzi dairələri qane etmir”.
Bahar Muradovanın sözlərinə görə, Milli Məclisin Fransa ilə dostluq qrupu da bu məsələ ilə məşğuldur. Qrupun rəhbəri Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti kimi Fransada geniş fəaliyyət göstərir!
Muradova əlavə edib : “Fransada qanun əleyhinə imza toplayan insanların bir hissəsi Azərbaycanın səyləri nəticəsində bu prosesə qoşulub. Amma bunu konkretləşdirməyə ehtiyac duymuruq. Prezident İlham Əliyev deyib ki, qardaşın qardaş üçün etdiklərinin mətbuatda reklam olunmasına ehtiyac duymamışıq!!
Azərbaycan Respublikası Parlamentinin deputatı əlavə edib ki, Fransada qəbul olunan qanunu yalnız Türkiyəyə qarşı yönəlmiş addım kimi qəbul etmirik. Bu həm də Azərbaycana qarşı yönələn bir hərəkətdir.
Azərbaycan Respublikası Parlamentinin Fransaya etiraz bəyanatı qəbul edib-etməyəcəyinə gəlincə, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, bu, Türkiyə Böyük Millət Məclisinin atacağı addımlardan asılıdır.
Səfa Mirzəyev deyib : “Milli Məclis Fransa Senatına müraciət qəbul etdi. Amma Türkiyə Böyük Millət Məclisi Senata müraciət qəbul etmədi, Senat sədrinə məktubla kifayətləndi. İndi görək Türkiyə parlamenti hansı addımları atacaq!”

 

  • Yazılıb
  • da (də) 2012 Jan 31