Tarix : 2012 Jan 31
Kod 28320

Dünyanın İngilabçı gənclərinin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü

Dünyanın 73 ölkəsindən, o cümlədən Misir, Tunis, Liviya, Livan, Yəmən, Bəhreyn, Fələstin, Azərbaycan Respublikası və Türkiyədən yüzlərlə gənc bu gün bazar ertəsi günü səmimi...
/Aran agentliyi

 

Dünyanın 73 ölkəsindən, o cümlədən Misir, Tunis, Liviya, Livan, Yəmən, Bəhreyn, Fələstin, Azərbaycan Respublikası və Türkiyədən yüzlərlə gənc bu gün bazar ertəsi günü səmimi, islami və inqilabi hisslərlə dolu bir atmosferdə İslam İnqilabının Böyük Rəhbəri ilə görüşüblər.

Bu görüşün əvvəlində Tunisin inqilabçı gənclərindən olan cənab Ziyaəddin Moro region inqilablarının başlanğıcı kimi Tunis xalqı inqilabının xüsusiyyətlərinə işarə edib və deyib:" Bu inqilab müstəqil və xəlqi bir inqilab idi ki, onun formalaşmasında heç bir siyasi partiya və qrupun rolu olmayıb".

Ziyaəddin Moro Bin Əli hökumətinin devrilməsinin işin sonu olmadığını bildirərək, deyib: "Tunis xalqı inqilabın hədəflərinin tam şəkildə reallaşmasına təkid edirlər və inqilabçı gənclər, Fələstin və onun azad edilməsi mövzusunu , öz inqilablarının əsas məsələsi kimi bilirlər".

Misirin gənc inqilabçılarından olan Ziya Əssavi Misir xalqı inqilabının mahiyyəti haqda bəzi atmosfer yaratmalara işarə edərək, deyib:" Misir xalqı, öz inqilablarına məscidlərdən başlayıblar və "Allahü-Əkbər" və islami habelə anti-sionist şüarlar misirli inqilabçıların əsas şüarlarından olub".

Bu misirli inqilabçı sonra deyib:" Misir inqilabının hədəfi yalnız azadlıq və ictimai ədalətə çatmaq deyil idi, əsas hədəf Misirin həqiqi istiqlaliyyəti və Amerika və sionizmlə müttəfiqlikdən xilas olmaqdır".

Ziya Əssavi sonra deyib:" Mübarək hökumətinin devrilməsi Misir inqilabının birinci addımı idi və Misir xalqı, bu ölkə inqilabının bütün hədəfləri, o cümlədən rüsvayçı Kemp-Deyvid müqaviləsinin ləğv edilməsi və sabiq rejimin qalıqlarının hökumətdən tam şəkildə təmizlənilməsində əzmkardır".

Yəmənin inqilabçı gənclərindən olan Abdullah Əbduh Əlavda Yəmən xalqının inqilabında güclü islmai motivlərin və stimulların olmasına toxunaraq deyib:" Biz elm və texnologiya İranı, yeniliklər İranı və müqavimət İranına gəlmişik ki, İranın İslam İnqilabının təcrübələrindən Amerika, zülm və istibdadla mübarizə üçün istifadə edək".

Bəhreynin inqilabçı gənclərindən olan Əhməd Həsən Hoceyri də çıxışı zamanı Bəhreyn xalqının pak və inqilabçı hissiyyatlarının habelə bu ölkə gəncləri və şəhidlərinin qəribliyinin vəsfində şerlər və sözlər söyləyib.

Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın üzvlərindən olan Məhəmməd Əli Məhəmməd Əvvaz da Beynəlxalq Gənclər və İslami Oyanış Konfransında Fələstin mövzusunun əsas gündəm məsələsi olduğuna işarə edərək, deyib:" İranın İslam İnqilabının zəfər çalması və Ümum Dünya Qüds gününün təyin edilməsi ilə Fələstin amallarının cisminə yeni qan aşılandı".

Liviyanın inqilabçı gənclərindən olan Xalid Əl-Salemdə Liviya inqilabını Təkbir inqilabı adlandırıb və deyib:" Bu inqilab Təkbirlə başlandı və Təkbirlə də davam edəcəkdir".

Xalid Əl-Salem Liviya xalqının, İranın İslam İnqilabının Amerika qarşısındakı təcrübələrindən istifadə etmələri zərurətinə təkid edərək, deyib:" Liviya xalqının inqilabı, xəlqi olmaq baxımından İran xalqını İslam İnqilabına çox oxşayır".

Sonuncu natiq kimi Livan Hizbullahının rəhbərlərindən olan Şəhid İmad Müğniyənin qızı Fatimə Müğniyə də belə vurğuladı: " İmam Xomeyni(rəh.)in rəhbərliyi ilə İranın İslam İnqilabının zəfər çalması hazırda regiondakı İslami Oyanış və inqilabların başlanğıcı və mənşəyidir".

 

  • Yazılıb
  • da (də) 2012 Jan 31