Tarix : 2012 Jan 31
Kod 28323

İranın Rusiyadakı səfiri saytlara hücum barədə Azərbaycandan əlavə sübutlar istədi

İranın Rusiyadakı səfiri Seyid Reza Səcdadi Azərbaycanın rəsmi dövlət saytlarına hücumla bağlı rəsmi Tehrana yönəlik ittihamlara münasibətini açıqlayıb
/Aran agentliyi


Modern.az bildirir ki, səfir Reza Secdadi bu ittihamları qəbul etmədiklərini bildirib. "Biz bu ittihamları rədd edirik. Ola bilsin ki, bunu ayrı-ayrı adamlar edib. Hesab edirik ki, internet məkanı sağlam olmalıdır. Azərbaycanlılarda bu hücumun İranın təşkil etdiyi barədə təkzibolunmaz dəlillər və sübutlar varsa, bizə müraciət etsin. Biz bu məsələni araşdırarıq" - deyə səfir vurğulayıb. İran-Azərbaycan və Türkiyə-İran əlaqələrinə toxunan Səcdadi iki ölkə arasında münasibətlərin yaxşı olduğunu deyib. "Türkiyə və Azərbaycan bizim qonşularımızdır. Bu ölkələrlə bizi tarixi münasibətlər bağlayır. Düzdür, arada bəzən mübahisə doğuracaq hadisələr baş verir. Ancaq əsas odur ki, bu anlaşılmazlığı vaxtında yoluna qoyasan"-deyə səfir vurğulayıb. Regionda son vəziyyətə toxunan səfir xarici ölkələrin hərbi qüvvələrinin bölgədə olmasının sülhə təhlükə yaratdığını deyib. Müharibə təhlükəsinin onları qorxutmadığını bildirən Səcdadi qeyd edib ki, "İran keçmişdə də sübut edib ki, özünün şərəfini qorumaq üçün hər şeyə hazırdır". "Hesab edirik ki, ABŞ-da ağıllı siyasətçilər varsa, onlar Əfqanıstan və İraqdakı məğlubiyyətlərindən nəticə çıxarmalıdır" - deyə səfir əlavə edib.

  • Yazılıb
  • da (də) 2012 Jan 31