Tarix : 2012 Jan 31
Kod 28325

zərbaycanın İrana münasibətinə ABŞ-dan anlayışlı reaksiya gəldi

ABŞ-ın müvəqqəti işlər vəkili: ''Biz Azərbaycanın İranla bağlı xüsusi mövqe nümayiş etdirməsini başa düşürük''
/Aran agentliyi

ABŞ-ın müvəqqəti işlər vəkili: "Biz Azərbaycanın İranla bağlı xüsusi mövqe nümayiş etdirməsini başa düşürük"

"Biz Azərbaycanın yerləşdiyi coğrafi məkanla əlaqədar İrana münasibətdə xüsusi mövqe tutmasını anlayırıq".
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq İrana qarşı sanksiyaların tətbiqinə münasibət bildirərkən deyib. Diplomat bildirib ki, İran məsələsi ikitərəfli görüşlərdə daim müzakirə olunur: "Biz Azərbaycan tərəfi ilə danışıqlarda bu məsələ üzrə mütəmadi məsləhətləşmələr aparırıq".

  • Yazılıb
  • da (də) 2012 Jan 31