Qəbul edilən bəyanatda həmçinin soyqırımın baş verməsində əli olan hər bir şəxsin cəzalandırılması tələb olunur
/Aran agentliyi
51 ölkənin parlament təmsilçiləri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təklifiylə İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Xocalı qətliamını soyqırım kimi tanıma qərarı verib. (dunyabulteni)
Qəbul edilən bəyanatda həmçinin soyqırımın baş verməsində əli olan hər bir şəxsin cəzalandırılması tələb olunur. Qərarda belə qeyd edilib: “Konfrans üzv olan parlamentlərə faciənin 20-ci ilində - 2012-ci ildən başlayaraq azərbaycanlı mülki vətəndaşlara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində (Azərbaycan Respublikası) həyata keçirilən soyqırımın lazımı səviyyədə tanınması və Xocalı qətliamını həyata keçirənlərin məsuliyyətə cəlb olunması çağırışı edir.
DEVAMM bununla bağlı aşıqlama yayıb. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı açıqlamada İƏT-in Gənclər Təşkilatının təşəbbüsü dəstəklənir və İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi tərəfindən Xocalı qətliamını soyqırım kimi tanıma qərarı çox yüksək qiymətləndirilir: "İƏT səviyyəsində Azərbaycana belə bir dəstək verilməsinin son dərəcə böyük əhəmiyyəti vardır. Bu, ölkəmizin İslami kimliyinin yüksək səviyyədə iqrarı, islami vəhdətin təzahürü olmaqla bərabər, erməni faşizminin ifşası baxımından da mühüm səciyyə daşıyır. Eyni zamanda ümid edirik ki, bu dəstək - ümmətin vəhdətə gəlməsinin işartılarındandır. Qarabağ, Fələstin, İraq, Əfqanıstan, Kəşmir və digər yaraların sağalmasının yolu - ümumi səylərin konsolidasiyasından və beynəlxalq miqyasda təcavüzkarlığın durdurulmasının konseptual həllindən keçir".
Deyerler